- Maraq dairəsi
- 20 May 2021 12:51
- 13 244
"Eurovision" təmsilçimizin ifası çox sayda baxış topladı
S.Əfəndi bu ayın 22-də keçiriləcək final konsertində iştirak etmək hüququ qazanıb
"Eurovision 2021" mahnı müsabiqəsindəki təmsilçimiz Samirə Əfəndinin birinci yarımfinalda oxuduğu “Mata Hari” mahnısına "YouTube"da 2 milyondan çox baxış olub.
AzNews.az xəbər verir ki, bu baxımdan müsabiqə iştirakçıları arasında Rusiya və Ukraynadan sonra üçüncü yerdə olan həmin ifa həm də "YouTube"da Azərbaycan trendləri arasında birinci yerdədir.