27 maya qədər davam edəcək 27 maya qədər davam edəcək

Günəşdə aktivlik artır - 17 partlayış baş verib

27 maya qədər davam edəcək

Günəşin aktivliyində artım qeydə alınıb.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Fizika İnstitutu açıqlama yayıb.

Açıqlamada bildirilir ki, 22-23 may tarixlərində günəşin səthində 17 partlayış meydana gəlib. Bəzi partlayışlar kosmosa günəş kütləsi püskürməsi ilə nəticələnib. Kütlənin dünyaya doğru hərəkət etdiyi qeyd edilib.

Mütəxəssislərin hesablamalarına görə, kütlənin dünya ilə ilk təması 25 may saat 22:00 radələrində baş verib.

Bu, ilkin geomaqnit aktivliyə səbəb olub. Püskürmənin ən böy kütləsi isə 26 may saat 04:00-da dünyaya çatıb.

3-6 saat ərzində baş verən ilk geomaqnit fırtınalı vəziyyətin 27 maya qədər davam edə biləcəyi deyilir.