- Maraq dairəsi
- 1 İyun 2021 18:23
- 17 305
Cinsiyyət orqanını qayçıyla kəsdi - ŞOK
Qadın yatmış ərinə dəhşət yaşatdı
Vyetnamda qadın yatmış ərinin cinsiyyət orqanını qayçıyla kəsib. Səbəbi isə bütün dünyanı şoka salıb - "Ər qadın dostları tərəfindən çox sevilirmiş".
Aznews.az xarici mediaya istinadən xəbər verir ki, ərinin sevildiyinə dözə bilməyən qadının gözü dönüb və belə bir əmələ əl atıb.
Ərinin yatmasını gözləyən vyetnamlı xanım 40 yaşlı ərinə bu dəhşəti yaşadıb.
Ancaq həyat yoldaşını qan içində görərkən ürəyi dözməyib. Dərhal təcili yardım çağıraraq, onu xəstəxanaya aparıb.

Vyetnam yerli qəzetində yer alan xəbərə görə, yuxudan oyanan ər nə baş verdiyini anlamayaraq, heyrətlənib.
O, görənlərin təəccüblü baxışları altında xəstəxanaya gedərək əməliyyat olunub.
7 saat davam edən əməliyyatdan sonra həkimlər cinsiyyət orqanının tikilməsi üçün həddən artıq səy göstərdiklərini açıqlayıblar.
Talehsiz hadisədən 10 gün sonra mediaya açıqlama verən zərərçəkmiş ər "Özümü yaxşı hiss edirəm, yeriyə bilirəm, normal yeyirəm, cinsiyyət orqanımın kəsilən hissəsi artıq çəhrayı rəngdədir" deyə bildirib.

Aznews.az