- Maraq dairəsi
- 10 Avqust 2021 16:54
- 23 673
Ötən il ən çox hansı tətbiq yüklənib? - SİYAHI
"Telegram" tətbiqi reytinqdə səkkizinci yerdən yeddinci pilləyə yüksəlib
Qısa video-çarxlar xidməti tətbiqi olan "TikTok" 2020-ci ildə ən çox yüklənən tətbiq olub. "TikTok" ilk dəfə olaraq yüklənmə göstəricisinə görə "Facebook"u qabaqlayıb.
AzNews.az "APA- Economics"ə istinadən xəbər verir ki, bu barədə "Nikkei"in araşdırmasında deyilir.
Qeyd olunur ki, "Telegram" tətbiqi reytinqdə səkkizinci yerdən yeddinci pilləyə yüksəlib.
"TikTok"un müvəffəqiyyətini əsasən koronavirus pandemiyası, "Telegram"ın uğuru isə "Facebook"la məlumatları paylaşmağa başlayan "WhatsApp"ın siyasəti ilə əlaqələndirilir. "TikTok"un çinli rəqibi "Likee" reytinqdə səkkizinci sırada yer alıb.
2020-ci ildə ən çox yüklənən tətbiqlər – TOP-10:
1. TikTok
2. Facebook
3. WhatsApp
4. Instagram
5. Facebook Messenger
6. Snapchat
7. Telegram
8. Likee
9. Pinterest
10. Twitter