- Maraq dairəsi
- 29 Dekabr 2021 14:00
- 11 535
Məşhur kosmetik vasitələrdə xərçəngə səbəb olan maddələr aşkarlanıb
ABŞ-da aparılan yeni araşdırmaya görə, hər gün milyonlarla insanın istifadə etdiyi kosmetik məhsullarda “PFAS” (süni orqanoflor tərkibli maddələr daxil olmaqla, hər və çoxlu floroalkil maddələr) kimi tanınan zərərli kimyəvi birləşmələr olduğu ortaya çıxıb
AzNews.az xəbər verir ki, tədqiqatçılar tonal kremlər, göz, qaş və dodaq məhsulları da daxil olmaqla 200-dən çox məhsulu sınaqdan keçirib. Məşhur firmalara aid olan məhsulların 52%-də “PFAS” aşkarlanıb.
Bildirilir ki, “PFAS” tez müddətdə qan dövranına daxil olaraq orqanizmlə təmasa keçir.
Bu kimyəvi maddə böyrək çatışmazlığı, hipertoniya, qalxanabənzər vəzi xəstəlikləri, erkən doğum riski və uşaqlarda immunotoksiklik də daxil olmaqla bir sıra sağlamlıq problemlərinin yaranmasına səbəb olur.
Tədqiqata rəhbərlik edən professor Qraham Pisli “PFAS”ın davamlı kimyəvi maddə olduğunu deyib: “Qan dövranına daxil olduqdan sonra orada qalır və yığılır. Həmçinin bu məhsulların istehsalı və atılması ilə əlaqədar ətraf mühiti çirkləndirməsi riski də var. Bu o deməkdir ki, “PFAS” çox insana təsir edə bilər”,- deyə o bildirib.
Tədqiqatın müəllifləri 200-dən çox kosmetik məhsulda “PFAS” istifadəsinin göstəricisi olan flüoru da sınaqdan keçiriblər. Nəticədə tonal kremlərin və göz məhsullarının 56%-nin, dodaq boyalarının 48%-nin yüksək səviyyədə flüor ehtiva etdiyi ortaya çıxıb.
Xüsusilə vurğulanıb ki, "uzunmüddətli" və "suya davamlı" kimi reklam edilən məhsulların tərkibində yüksək dərəcədə suya davamlı olan “PFAS” maddələri aşkarlandığı üçün bu məhsullardan istifadə edilməsin.
Şəbnəm Zahir