Dəmləməni yaxşı süzün və bu çayı gün ərzində... Dəmləməni yaxşı süzün və bu çayı gün ərzində...

Mandarin qabıqlarından müalicəvi çayın FAYDALARI

Dəmləməni yaxşı süzün və bu çayı gün ərzində...

Mandarin müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Burada C, A, B qrupu vitaminlər, orqanik turşular, pektinlər, fitonsidlər, minerallar və s. var.

Saglamolun.az bildirir ki, mandarinin qabıqaları da çox qiymətli müalicəvi məhsuldur. Mandarinin qabıqlarını atmayın, onlardan çox faydalı çay hazırlayın.

Bunun üçün 2 orta ölçüdə olan mandarin qabıqlarını xırda doğrayın, termosa qoyun, üzərinə 1 stəkan isti (qaynar yox!) su tökün, 3-4 saat dəmləyin. Sonra dəmləməni yaxşı süzün və bu çayı gün ərzində adi çay kimi için. Çaya bal da əlavə edə bilərsiniz.

Bu çayın bir çox faydalı xüsusiyyətləri var:

- immun sistemini möhkəmləndirir

- öskürək və bronxit zamanı bəlğəmgətirici və iltihabəleyhinə təsir edir

- ishal zamanı bağırsaqları "yığır"

- bağırsaqlara antiseptik təsir edir

- qurdqovucu təsirə malikdir

- stressi və sinir gərginliyi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır

- qanda şəkərin səviyyəsini normallaşdırır (təbii ki, bu məqsədlə istifadə olunan çaya bal əlavə olunmur)

- soyuqdəymə zamanı çox faydalıdır.