Saxta ətirlə həqiqi ətiri bir-birindən necə ayırmaq olar? Saxta ətirlə həqiqi ətiri bir-birindən necə ayırmaq olar?

SOS! Bu ətirlər təhlükə saçır!

Saxta ətirlə həqiqi ətiri bir-birindən necə ayırmaq olar?

Qutusu və qoxusu ilə əslinə bənzəyən saxta ətirlər dəri ilə təmasda olduqda ciddi əks təsirlərə səbəb ola bilər. Allergiyadan tutmuş, ən pis halda zəhərlənməyə qədər xoşagəlməz halların baş verməsi mümkündür.

Bəs, saxta ətirlə həqiqi ətiri bir-birindən necə ayırd etmək olar?

Qeyd edək ki, saxta ətirin qoxusu çox kəskin olur. Bir az da diqqətli olsanız, etil spirtinin qoxusunu mütləq hiss edəcəksiniz. Ətirin rəngi də sizə "ipucu" verə bilər. Belə ki saxta ətirlərə boyaq maddəsi qatılır ki, bu da parfümün rəngini tündləşdirir. Təmiz tərkibli ətirlərin isə rəngi bir az bulanıq pastel rənglərində olmalıdır. Həmçinin bu cür ətirlərdə bütün qoxular eyni anda hiss edilir. Seçdiyiniz ətirin qiymətinə də diqqət yetirin. Əgər parfüm ucuzdursa, demək onun saxta olmasından şübhələnməyə əsas var.

AzNews.az