Bakı səmasında qəribə görüntü - Video

Aeroport yolu istiqamətində müşahidə olunan qeyri-adi bulud görüntüləri diqqət çəkib.

AzNews.az Ajans.az-a istinadən xəbər verir ki, səmada maraqlı və qeyri-adi formada buludlar müşahidə olunub. Görüntüləri Azərbaycana səfər edən türk turistlər lentə alıblar.

Turistlər avtomobili saxlayaraq, videonu sosial şəbəkədə paylaşıblar və belə bir mənzərə ilə qarşılaşdıqlarını və görüntünün diqqətlərini çəkdiyini bildiriblər. Qeyri-adi bulud formaları ətrafdakı insanların da marağına səbəb olub.

Həmin görüntüləri təqdim edirik: