Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahə­sində Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahə­sində Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sərhədçilərdən uğurlu əməliyyat - Cinayətkar qaçmaq istədi, amma...

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahə­sində Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzNews.az nazirliyin saytına istnadən xəbər verir ki, 2018-ci ilin 04 oktyabr tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində həyata ke­çi­rilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respub­li­ka­sından Azərbaycana Respub­li­ka­sına dövlət sərhədindən keçirilmiş 725 qram heroinlə Sabirabad rayon sakini 1970-ci il təvəllüdlü Hüseynov Hüseyn Bəy­ba­la oğlu və Gürcüstan vətəndaşı 1995-ci il təvəllüdlü Əliyev Anar Ten­giz oğlu saxlanıl­mışlar.

Fakt üzrə keçirilmiş sonrakı əməliyyat-axtarış tədbirləri nəticə­sin­də cinayət əməlinin digər iştirakçısı, hadisə yerindən qaçmış Beylə­qan rayon sakini 1988-ci il təvəllüdlü Həziyev Rahib Ramiq oğlu müəy­yənləşdirilərək saxlanılmış və istintaqa cəlb olunmuşdur.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

image description image description