Xocalıda həyatını itirən insanlarımızla bağlı kitabları və CD-ləri paylaşıb. Xocalıda həyatını itirən insanlarımızla bağlı kitabları və CD-ləri paylaşıb.

Avropadakı festivalda Qarabağ həqiqətləri təqdim edildi - fotolar

Xocalıda həyatını itirən insanlarımızla bağlı kitabları və CD-ləri paylaşıb.

Bu il oktyabr ayının 13-14-də Den Haaq Türk Platformasında təmsil olunan cəmiyyətlərin ortaq fəaliyyəti nəticəsində çoxmədəniyyətli festival təşkil edilib. Proqramda bütün yerli və xarici cəmiyyətlər özlərinə məxsus mədəniyyətləri nümayiş etdirməyə çalışıblar.

Proqrama Den Haaq bələdiyyəsinin məmurları, siyasətçilər və diaspor nümayəndələri də qatılıb.

AzNews.az xəbər verir ki, festivalda Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi də iştirak edib. Dərnək festivalda rəsm sərgisi açaraq erməni terrorçularının törətdikləri vəhşiliklərə dair şəkilləri, Xocalıda həyatını itirən insanlarımızla bağlı kitabları və CD-ləri paylaşıb.

Minlərlə insanın qatıldığı festivalın sonunda təşkilatçılara gül dəstələri təqdim edilib.

AzNews.az

image description image description image description image description image description image description