“O fakt məni təəccübləndirir ki... “O fakt məni təəccübləndirir ki...

"Ermənistanda mümkün güzəştlər haqqında müzakirə praktiki olaraq yoxdur" - ABŞ-ın Ermənistandakı səfiri

“O fakt məni təəccübləndirir ki...

“Dağlıq Qarabağ münaqişəsinin istənilən variantda nizama salınması işğal edilmiş ərazilərin müəyyən hissəsinin qaytarılmasını tələb edəcək”.

Bu barədə ABŞ-ın Ermənistandakı səfəri Riçard Mills deyib.

Amerikalı diplomat bildirib ki, o ilk dəfə Ermənistana gələndə ermənilərin böyük qisminin işğal edilmiş ərazilərin qaytarılması ilə nəticələnəcək bütün danışıqlara qarşı çıxırdı: “O fakt məni təəccübləndirir ki, Ermənistanda mümkün qərarlar və mümkün güzəştlər haqqında müzakirə praktiki olaraq yoxdur. İllər boyunca mənim hökumətim belə anlayırdı ki, bu ərazilərdə gələcəkdə “sülhə əvəz olaraq” zəbt edilib. Mən bu variantın heç kim tərəfindən dəstəklənmədiyini görəndə həqiqətən çox təəccüblənmişdim”.

R.Mills əlavə edib ki, istənilən nizamasalma variantında işğalı edilmiş ərazilərin müəyyən hissəsinin qaytarılması amansız reallıqdır. (Publika.az)

© AzNews.az