- Qayıdış
- 16 Oktyabr 2018 23:56
- 2 116
Ermənistan prezidenti Nikol Paşinyanın istefasını qəbul etdi
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb
Ermənistan prezidenti Armen Sarkisyan yerli hökumətin istefasını qəbul edib.
RİA "Novosti" xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
"Ermənistan hökumətinin istefası qəbul olundu", - deyə prezidentin saytına yerləşdirilən fərmanda qeyd olunub.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin buraxılmasından ötrü rəsmi səbəb yaratmaq üçün öz postunu tərk edib. Bununla belə o, Nazirlər Kabinetinin rəhbəri vəzifəsini davam etdirəcək.