Jan Kuşner, Fransua Dost və Xədicə Riduan Jan Kuşner, Fransua Dost və Xədicə Riduan

Üç jurnalistin adı "qara siyahı"ya salınacaq - XİN-dən açıqlama

Jan Kuşner, Fransua Dost və Xədicə Riduan

Azərbaycan daha üç nəfərin adını “arzuolunmaz şəxslər siyahısı”na daxil edəcək.

Bu barədə AzNews.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

“Frankafoniya sammiti əsnasında güddüyü təxribatçı məqsədlərə nail ola bilməyən Ermənistan Frankofoniya Mətbuatı Beynəlxalq İttifaqının İdarə Keyətinin bəzi üzvlərini qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edib. Jurnalist etikası və obyektivliyi prinsipinə zidd olaraq bu qanunsuz səfərdə iştirak edən Jan Kuşner, Fransua Dost və Xədicə Riduanın adları “arzuolunmaz şəxslər siyahısı”na daxil ediləcək”, – məlumatda vurğulanıb.

© AzNews.az