Xəbər verildiyi kimi, Ermənistandakı hərbi xunta rejimini çevriliş yolu ilə dəyişərək hakimiyyətə gələn baş nazir Nikol Paşinyan iki gün öncə istefa verdiyini bildirib. Xəbər verildiyi kimi, Ermənistandakı hərbi xunta rejimini çevriliş yolu ilə dəyişərək hakimiyyətə gələn baş nazir Nikol Paşinyan iki gün öncə istefa verdiyini bildirib.

Paşinyanı hakimiyyətə gətirənlər istefaya göndərəcək - Şərh

Xəbər verildiyi kimi, Ermənistandakı hərbi xunta rejimini çevriliş yolu ilə dəyişərək hakimiyyətə gələn baş nazir Nikol Paşinyan iki gün öncə istefa verdiyini bildirib.

İstefa verməsinə baxmayaraq, o, hələlik baş nazirlik səlahiyyətlərini icra edir və istefası bir neçə gündən sonra tam rəsmiləşəcək.

Çoxları bunu Paşinyanın çıxılmaz durumda olması, vədlərinin heç birini yerinə yetirə bilməməsi kimi dəyərləndirir, onun hakimiyyətə yenidən qayıtması, öz imicini yenidən bərpa etməsi üçün əvvəlcədən hazırlanmış ssenari və oyun kimi qiymətləndirirlər.

Əksər yerli və xarici ekspertlər belə hesab edirlər ki, bu qayıdış heç də Paşinyanın hesabladığı kimi olmaya bilər. Onu elə hakimiyyətə gətirənlər özləri birdəfəlik hakimiyyət və siyasət meydanından silə bilərlər.

Bununla bağlı politoloq Sahib Alıyev də bu ehtimalların güclü, onların reallıq əmsalının daha yüksək olduğunu vurğulayıb.

Onun sözlərinə görə, əvvəla, Paşinyanın istefası demokratiya adına atılan addım deyil, Ermənistanda baş vermiş çevrilişi seçki yolu ilə legitimləşdirməkdir.

“İkincisi, Paşinyan yaxşı bilir ki, Dağlıq Qarabağ problemi həllini tapmayınca Ermənistanda vəziyyət düzəlməyəcək, indi verdiyi vədlərin hamısına əməl etsə belə. Bu da, təbii ki, onun populyarlığının buxarlanmasına səbəb olacaq. Hələlik populyardır və bu baxımdan, tez-tələsik seçki keçirib, parlamentdə öz tərəfdarlarını əyləşdirmək istəyir.

Böyük ehtimalla onun bu istəyi baş tutacaq. Amma sonra Paşinyan özündən əvvəlki rejimlərdən daha pis vəziyyətlə üzləşəcək. Parlamentdə yer almayan güclər onu hakimiyyətə necə gəlmişdisə, o cür də yola salacaqlar.

Üçüncüsü, biz bir reallığı bilməliyik ki, hazırda Paşinyanın elektoratı olaraq dəyərləndirilənlər, əslində, “paşinyançı” yox, “antisarkisyançılar”dır. Onların Paşinyana dəstəkləri onun yüksək keyfiyyət daşıyıcısı olmasından yox, Sarkisyan, Koçaryan və “Qarabağ klanı”nın digər təmsilçilərinə olan narazılıq və nifrətdən qaynaqlanır.

Hərbi xunta devrildiyindən o nifrət yavaş-yavaş buxarlanacaq və Dağlıq Qarabağ problemi həllini tapmadığ təqdirdə, ölkəsində iqtisadi baxımdan əhəmiyyətli bir dəyişiklik əldə edə bilməyən Paşinyanın reytinqi birdən-birə necə qalxmışdısa, eyni sürətlə də düşəcək”, - deyə S.Alıyev əlavə edib. (oxu.az)

© AzNews.az