Adı iş adamı Samvel Mayrapetyanın cinayət işində hallanır Adı iş adamı Samvel Mayrapetyanın cinayət işində hallanır

Oskanyana Ermənistanı tərk etmək qadağan olundu

Adı iş adamı Samvel Mayrapetyanın cinayət işində hallanır

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyana ölkəni tərk etmək qadağan olunub.

Oskanyanın adı ölkənin ən iri iş adamlarından biri Samvel Mayrapetyanın cinayət işində hallanır.

“Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan hüquq-mühafizə orqanlarının maraq dairəsinə düşüb. İş adamı Samvel Mayrapetyanın tutulmasından bir neçə gün sonra Oskanyan ölkəni tərk etməyə cəhd edib, lakin bu ona qadağan olunub”, - qəzet yazır.

Samvel Mayrapetyan konstitusiya quruluşunun devrilməsində ittiham olunan Ermənistanın keçmiş prezidenti Robert Köçəryana yaxın adam hesab edilir. İş adamı H2 telekanalının və “Toyota Yerevan” distribütor mərkəzinin sahibidir, həmçinin Ermənistan paytaxtının mərkəzində elit daşınmaz əmlak tikintisi ilə məşğul olur.(virtualaz.org)

AzNews.az