Ermənistanın milli qəhrəmanı Qaregin Hjde dövləti cinayətkardır. Ermənistanın milli qəhrəmanı Qaregin Hjde dövləti cinayətkardır.

Ermənistanda faşizm: əslində, çəkic götürüb bu abidəni sındırmalıdırlar

Ermənistanın milli qəhrəmanı Qaregin Hjde dövləti cinayətkardır.

Q.Hjde hitlerçilərlə təkcə SSRİ-yə qarşı deyil, hazırda hitlerçilərin abidələrinin qoyulmasına icazə vermiş bir sıra Avropa ölkələri əleyhinə də əməkdaşlıq edib. Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Hjdenin abidəsinin qoyulması qeyri-legitimdir və beynəlxalq hüquq prinsiplərini pozur. Rusiyanın dövlət arxivlərində saxlanılan sənədlərdən məlum olur ki, Bolqarıstan təbəəsi olan Q.Hjde 1940-cı ildən Üçüncü Reyxin hərbi kəşfiyyat orqanları ilə əməkdaşlıq edib. Əminliklə deyə bilərik ki, o, 1944-cü ildən Bolqarıstanda və ona bitişik ərazilərdə - Makedoniyada, Frakiyanın Türkiyə və Yunanıstan ərazilərində siyasi vəziyyət barədə informasiyanın yeganə mənbəyi olub. Yəni Bolqarıstan vətəndaşı ola-ola, bu ölkəyə qarşı casusluq edib. Casusluq ən iyrənc dövləti cinayətdir və hərbi dövrün qanunları ilə sərt şəkildə cəzalandırılır. Q.Hjde Sovet İttifaqında həbs olunub və 25 il təkadamlıq kamerada həbs cəzasına məhkum edilib. Bu onu göstərir ki, Q.Hjde faşizm ideyası tərəfdarı kimi təqib olunub. Q.Hjde bütün bəşəriyyətin düşmənidir.

AZƏRTAC xəbər verir ki, bunu rusiyalı tarixçi və hüquqşünas, professor Oleq Kuznetsov oktyabrın 18-də Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində “Ermənistan: İcazə verilmiş nasizm ölkəsi” mövzusuna həsr olunmuş mətbuat konfransında bəyan edib.

O.Kuznetsov deyib: “Ermənistanın milli qəhrəmanı Qaregin Hjde dövləti cinayətkardır. Gəldiyimiz əsas qənaət budur ki, erməni millətçiləri hitlerçilərlə təkcə Sovet İttifaqına qarşı deyil, Avropanın digər ölkələrinə qarşı da əməkdaşlıq ediblər. Bolqarıstanın qəhrəmanı kimi təqdim edilən Q.Hjdenin abidəsi qeyri-legitimdir, qeyri-qanunidir və müasir beynəlxalq hüququn bütün prinsiplərini pozur”.

Rusiyalı politoloq, jurnalist Yevgeni Mixaylov qeyd edib ki, faşizmin qəhrəmanlıq kimi təqdim edilməsi problemi bu gün təkcə Ermənistanda aktual deyildir, MDB-nin digər ölkələrində, o cümlədən Rusiyada da belə cəhdlər baş verir.

Politoloq deyib: “Zənnimcə, Ermənistan Q.Hjdeyə abidə qoymaqla, nasistləri qəhrəman kimi qələmə verməklə, terrorçuları Dağlıq Qarabağda toplamaqla dünyaya göstərir ki, diplomatiya ilə məşğul olmaqdansa, başqalarının torpaqlarını silah gücünə zəbt etmək lazımdır. Odur ki, öz iddialarını Ermənistana açıq bildirmək lazımdır. Yerevanda hakimiyyətə gələn siyasətçilər açıq-aydın nasizmin təbliğini dəstəkləyirlər. Ermənistanın rəhbərləri həmişə öz xalqına xəyanət ediblər. Erməni xalqı bunu başa düşməlidir. Ermənilər çəkic götürüb bu abidəni sındırmalı və belə addımlara görə dünya birliyi qarşısında üzr istəməlidirlər”.

Onun sözlərinə görə, milli üstünlük oyunları oynamaq yolverilməzdir.

Y.Mixaylov vurğulayıb: “Nasist Almaniyası tam iflasa uğrayaraq ömrünü başa vurdu. Əgər vəziyyət dəyişməsə, Ermənistan da öz yolunu bu şəkildə bitirə bilər”.

Mətbuat konfransı çərçivəsində rusiyalı jurnalist Yevgeni Mixaylovun “Tarixi müttəfiqlərin qəribə oyunları” filmi nümayiş etdirilib. Film Ermənistan-Rusiya münasibətlərinin Rusiya tərəfində getdikcə daha çox sual doğuran indiki vəziyyətinə həsr olunub. Filmdə rəsmi Moskvanın Qərb, ilk növbədə ABŞ tərəfindən daha böyük təzyiqlərlə üzləşəcəyi təqdirdə, Ermənistanın, habelə Rusiyanın erməni diasporunun özünü necə aparacağı barədə sual qaldırılır. Bundan əlavə, Yerevanın Azərbaycanın və Türkiyənin Rusiyanın düşmənləri olmasına Moskvanı inandırmaq cəhdlərindən də danışılır. Filmin müəllifinin fikrincə, Q.Njdenin qəhrəman kimi qələmə verilməsi dünyada faşizmin təbliğinə qarşı mübarizə aparan Rusiyanın ünvanına siyasi təhqirdir. Rusiya telekanalları və KİV-ləri dəfələrlə qeyd ediblər ki, Ermənistanda hakimiyyətdə nasist simvolikası və ideologiyası elementlərindən istifadə edən millətçilər oturublar.

Sonda Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı Azad Rzayev tarixi hadisələrin obyektiv təhlilinə görə rusiyalı tarixçiyə və jurnalistə təşəkkür edib. O. Kuznetsov bildirib ki, bu mövzuya dair növbəti monoqrafiya hazırlamağı planlaşdırır. (ikisahil.az)

© AzNews.az