Paşinyan qanunsuz silah satan, sabiq yüksək vəzifəli general Enriko Apryamovu struktura geri qaytarmaq niyyətindədir. Paşinyan qanunsuz silah satan, sabiq yüksək vəzifəli general Enriko Apryamovu struktura geri qaytarmaq niyyətindədir.

Paşinyan Sarkisyanın azad etdiyi korrupsioner generalı geri çağırır

Paşinyan qanunsuz silah satan, sabiq yüksək vəzifəli general Enriko Apryamovu struktura geri qaytarmaq niyyətindədir.

Erməni KİV-ləri xəbər verir ki, bu barədə məlumat Ermənistan Müdafiə Nazirliyində olan mənbə tərəfindən bildirilib.

Məlumata görə, 64 yaşlı general-leytenant Enriko Apryamovu Ermənistan SQ BD rəisinin məsləhətçisi vəzifəsinə geri sistemə qaytarmaq niyyətindədirlər. O, 2000-ci ildən 2017-ci ilədək SQ BQ rəisinin müavini olub.

Onun adı müxtəlif korrupsiya qalmaqallarında hallanıb. Bu korrupsiya hallarından ən qalmaqallısı 2012-ci ildə bir qrup yüksək vəzifəli hərbçilər tərəfindən qanunsuz silah-sursat satılması olub.

Maraqlıdır ki, general-leytenant Enriko Apryamov 2017-ci ilin 3 may tarixində Serj Sarkisyanın əmri ilə tutduğu vəzifədən azad edilərək, ordudan təxris olunub. General-leytenant Enriko Apryamov Yuri Xaçaturov və Mikayel Harutyunyanla yaxın olub.

Digər bir məlumata görə isə Ermənistanın hazırkı müdafiə naziri Davit Tonoyan, hətta onu 2017-ci ildə fövqəladə hallar nazirliyinə apararaq, özünə müavin təyin etmişdi. Apriyamov həmin vəzifədən bu ilin may ayında azad olunub.

© AzNews.az