Azərbaycan prinsipial siyasətini davam etdirir. Azərbaycan prinsipial siyasətini davam etdirir.

Həmsədrlər missiyalarını yerinə yetirməlidir - Sevinc Fətəliyeva

Azərbaycan prinsipial siyasətini davam etdirir.

Azərbaycan Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində qətiyyətli mövqeyini – prinsipial siyasətini davam etdirir.

Dövlət başçısının da qeyd etdiyi kimi, “Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, işğal faktı aradan qaldırılmalıdır”.

Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində də tələb olunur. Eyni zamanda, münaqişənin həllinin əsasını təşkil edən digər bir sənəddə - Helsinki Yekun Aktında isə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prioritet prinsiplər kimi təsbit edilib.

Belə olan halda, işğalçı ölkə qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması zərurətdir.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq münasibətlər şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

“Son zamanlar beynəlxalq ictimaiyyət tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatların səsləndirilməsi, bu istiqamətdə mühüm sənədlərin qəbul olunması Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsini ifadə edir”, - deyən millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına zidd olan iddiaları heç bir nəticə vermir, dünya ictimaiyyəti bu cür iddiaları qəbul etmir.

“Odur ki, işğalçı ölkə rəhbərliyi konstruktivlik nümayiş etdirməli və təxribatçı hərəkətlərdən imtina edərək xalqı sülhə hazırlamalıdır.

Sülhə hazırlığın Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması demək olduğu hər kəsə aydındır”, - deyən S.Fətəliyeva ATƏT-in Minsk qrupunu və həmsədrləri münaqişənin ədalətli həllində aktiv və fəal olmağa çağırıb.

Qeyd edib ki, Minsk qrupu və həmsədrlər öz missiyalarını yerinə yetirməlidirlər.