“Hadisələrin belə gedişi Cənubi Qafqazdakı situasiyanı dəyişə bilər" “Hadisələrin belə gedişi Cənubi Qafqazdakı situasiyanı dəyişə bilər"

"Bolton Bakıya Qarabağla bağlı yeni ideya verəcək"

“Hadisələrin belə gedişi Cənubi Qafqazdakı situasiyanı dəyişə bilər"

ABŞ çoxdan Gürcüstanla NATO arasındakı alyansdan istifadə edərək, öz hərbi gəmilərini Qara dənizə dislokasiya etmək istəyir.

Bunu “Nyus.am” saytına açıqlamasında rusiyalı politoloq Sergey Markedonov deyib. Onun sözlərinə görə, Vaşinqton Türkiyənin şərqində öz hərbçilərini yerləşdirmək üçün bazalar yaratmaq və bunun üçün bir neçə türk limanını tələb etmək niyyətindədir:

“Hadisələrin belə gedişi Cənubi Qafqazdakı situasiyanı dəyişə bilər. Bu regionda bir sıra amerikalı ekspertlərin fikrincə, ABŞ öz təsirini itirməyə başlayıb. Buna səbəb Vaşinqtonun regiona marağını itirməsidir”.

Markedonov həmçinin Bakının öz qlobal enerji layihələrini həyata keçirən zaman hər zaman Vaşinqtonla əməkdaşlıq etdiyini bildirib. O, Boltonun Azərbaycana Dağlıq Qarabağla bağlı hansısa yeni ideyalar təklif edəcəyini söyləyib:

“O yaxşı anlayır ki, İrəvanı KTMT-nin əlindən dərhal almaq mümkün olmayacaq. Hələlik, o, Cənubi Qafqaza buradakı ölkələrin növbəti siyasi kursunu öyrənmək və İran məsələsiylə bağlı daha detallı mövqelərini eşitmək üçün gəlir”. (axar.az)

© AzNews.az