“Ermənistanda xalqın hakimiyyətdən narazılığı özünü göstərməkdədir”. “Ermənistanda xalqın hakimiyyətdən narazılığı özünü göstərməkdədir”.

“Artıq qonşuları da Ermənistanın köməyinə gəlmir” - Cəlil Xəlilov

“Ermənistanda xalqın hakimiyyətdən narazılığı özünü göstərməkdədir”.

“Ermənistanda hazırda seçkiyə hazırlıq prosesləri getsə də, xalqın hakimiyyətdən narazılığı özünü göstərməkdədir”.

Bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

O bildirib ki, Ermənistanda sosial problemlərlə yanaşı, müharibə şəraiti xalqın narazılığına səbəb olur: “Çünki, heç nədən onların övladları Dağlıq Qarabağda həlak olur. Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması bu ölkənin iqtisadiyyatına ciddi ziyan vurduğu üçün əhali aylarla əmək haqqı ala bilmir, problemlər içində yaşamağa məcbur olurlar”.

C.Xəlilov söyləyib ki, münaqişə həm də Ermənistanın beynəlxalq layihələrdən təcrid olmasına səbəb olur: “Belə vəziyyətdə qonşu dövlətlər də artıq bu ölkənin köməyinə gəlmir. Bu baxımdan bu dövlətin vəziyyəti getdikcə daha da ağırlaşır”.

Ermənistanın artıq tükənmək üzrə olduğunu dilə gətirən ehtiyatda olan polkovnik vurğulayıb ki, onların yeganə xilas yolu Azərbaycanın ərazilərini işğaldan azad edib, ölkəmizlə normal iqtisadi, diplomatik münasibət qurmalıdırlar: “Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında ərazilər işğaldan azad edildikdən sonra Dağlıq Qarabağa Muxtar Respublika statusunun verilməsi ilə bağlı məsələyə toxunaraq söyləyib ki, orada yaşayan xalqlar da Azərbaycan Konstitusiyasına uyğun olaraq bütün millətlər kimi yaşayıb, işləyə və ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak biləcəklər. Ermənistanın əhalisinin çoxu buna razıdır. Lakin separatçı rejimin başında duran quldurlar əhalini öz sözünü deməyə, bu məsələdə qərar qəbul eləməyə imkan vermirlər”.

Təşkilatın sədr müavini qeyd edib ki, Ermənistan xalqı normal proqramı olan və savaşa sülh gətirə bilən, ölkəmizin ərazi bütövlüyünü tanıyan insana səs verməlidirlər: “Yalnız sülh yarandıqdan sonra onların sosial vəziyyəti yaxşılaşa bilər. Artıq beynəlxalq təşkilatlar da Ermənistana problemin həlli istiqamətində addımların atılmasının vacibliyini bildirirlər. Lakin Ermənistan razılıq əldə olunacaq ərəfədə təxribatlara əl atır, günahsız insanları qətlə yetirir, məsələni başqa səmtə yönədirlər. Problemin həlində təkcə beynəlxalq təşkilatlar deyil, eyni zamanda Ermənistana havadarlıq edən dövlətlər, həmçinin qonşu ölkələr işğalçı ölkənin mövqeyindən çəkindirməyə çalışmalı, dünyanın aparıcı dövlətləri tərəfindən bu ölkəyə təzyiqlər edilməlidir”.(SİA)

AzNews.az