Maraq doğuran məqamlardan biri Vaşinqtonun İrəvana münasibətdə hansı mövqe sərgiləyəcəyidir. Maraq doğuran məqamlardan biri Vaşinqtonun İrəvana münasibətdə hansı mövqe sərgiləyəcəyidir.

Məşhur ABŞ nəşri Ermənistandan yazdı - “Rusiya və ABŞ arasında əziləcək...”

Maraq doğuran məqamlardan biri Vaşinqtonun İrəvana münasibətdə hansı mövqe sərgiləyəcəyidir.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri fonunda maraq doğuran məqamlardan biri Vaşinqtonun bundan sonra İrəvana münasibətdə hansı mövqe sərgiləyəcəyidir.

Məsələ burasındadır ki, region ölkələrindən qonşu Gürcüstan birmənalı şəkildə Qərbyönlü siyasət yürüdür və ABŞ-ın burada istədikilərini alması problemli olmayacaq.

Azərbaycan isə müstəqil mövqe sərgiləyir və Vaşinqtonda yaxşı bilirlər ki, Bakı istənilən məsələdə öz maraqlarını əsas götürür. Bu fonda ABŞ Bakının mövqeyini nəzərə alır və ölkəmizlə əməkdaşlığı da bu əsasda qurur. Ermənistana gəlincə, bu ölkənin indi Qərbyönümlü, yoxsa Rusiyadan asılı vəziyyətdə olması hələ də dəqiq bilinmir. Belə ki, ölkəyə rəhbərlik edən Nikol Paşinyan dəfələrlə ABŞ-la əlaqələrin möhkəmlənməsinin vacibliyini bəyan edib. İkincisi, o vurğulayır ki, Ermənistan daha çox Avropa Birliyinə inteqrasiya eləməlidir. Bu hal Moskvanı məmnun etmir. Paşinyan bu fonda bildirir ki, ölkəsi Rusiya ilə birgə təmsil olunduğu təşkilatlarda fəaliyyətini davam etdirəcək. Bu isə İrəvanın Qərbə inteqrasiyasını mümkünsüz edir. Bu durumda İrəvanın Qərblə Rusiya arasında manevr etməsi də çətinləşir. Çünki ABŞ və Rusiya Ermənistanın konkret seçim etməsini istəyir və bu seçim İrəvan üçün tərəflərdən hansısa birinin təzyiqlərini getdikcə üzərində daha çox hiss etməsi ilə nəticələnəcək. Elə bunu əsas götürən ABŞ-ın “The National Interest” nəşri yazır ki, Bolton İrəvana seçim məsələsində çox ciddi təzyiq göstərəcək və bunun üçün də xeyli əsas var: “ABŞ-ın təhlükəsizlik üzrə müşaviri Con Bolton Rusiya, Türkiyə və İranın arasına sıxışdırılmış və son min ildə bir-bir bu imperiya ağalarının əlinə keçən strateji dağlıq bölgə Cənubi Qafqaza səfərə gəlir. Onun Rusiya ilə on il qabaq baş vermiş savaşdan indiyədək özünə gəlməyən Qərbyönlü Gürcüstanla işi olacaq. Lakin Boltonu əsl çağırış Ermənistanda – əhalisi cəmi üç milyona yaxın olan kiçik dağlıq ölkədə gözləyir. Mayda hakimiyyətə gələn baş nazir Nikol Paşinyan erkən seçkilər elan edib və 16 oktyabrda istefa verib. Amma baş nazir əslində bildirir ki, hakimiyyətdən imtina etməyəcək və vəzifəsinin icrasını sürdürəcək.

Xristian Ermənistanı qərbdə Türkiyə, cənubda İranla həmsərhəd olmaqla, Rusiyadan isə yalnız Qara dəniz və Gürcüstanla ayrılmaqla rəqabət aparan imperiyalar üçün əsrlərboyu önəmli strateji kəsişmə xətti olub. Rusiyanın tarixi müttəfiqi İrəvan bu gün də Avropa Birliyi ilə yaxşı münasibətlər saxlamağa çalışır. Əsl demokratiyanın əsas göstəricilərindən biri hakimiyyətin bir administrasiydan növbətisinə dinc ötürülməsidir. Lakin Paşinyan öz vəzifəsinin məsuliyyətini layiqincə qəbul etmək əvəzinə, kütlə hakimiyyətinə təhlükəli keçid və siyasi müxalifəti həmişəlik məhv etmək üçün hakimiyyətdən yararlanır. O, siyasi rəqiblərinə divan tutmaq üçün hüquq-mühafizə qurumlarından istifadə edir. İlk ittiham edilən ölkənin keçmiş prezidenti Robert Köçəryan olub. Bu yay qaldırılan iddia 2008-də Avropa Şurasının bəyəndiyi açıq seçkilərdən sonra Köçəryan öz postunu tərk edəndə hakimiyyətin ötürülməsinə aiddir. Müxalifət o zaman Köçəryanı əvəzləyən Serj Sarksiyanın qələbəsinə etiraz edib. Köçəryan cavabında 20 günlük hərbi vəziyyət tətbiq edib, bu gedişatda on nəfər, o cümlədən polis əməkdaşları həlak olub. Avropa Şurası tərəfindən onun fəaliyyəti haqda araşdırma aparılıb və bu, əsaslı qəbul edilib.

İndi Paşinyan, – Köçəryanın fəaliyyəti çoxsaylı milli və beynəlxalq fiqurlar tərəfindən təqdir ediləndən on il sonra, – Köçəryana diş qıcayıb bildirir ki, o, ölkə konstitusiyasını pozub. Bunun sözsüz sübutu Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan və Xüsusi Kəşfiyyat Xidmətinin başçısı Sasun Xaçatryan arasındakı danışığın bu yaxınlarda sızan səs yazısıdır. Bu ləkələyici söhbət hakimiyyətdən sui-istifadə və Paşinyanın çevrəsinin yüksəkməqamlı məmurlarının qanunun aliliyinə etinasızlığının tam açıqlandığı “ Köçəryan dosyesi”nə aiddir.

Xüsusi Kəşfiyyat Xidməti iyulun 26-da Paşinyanın maraqları ilə hərəkət edərək keçmiş prezident Köçəryanı həbs edib. Kassasiya məhkəməsi avqustun 13-də onu azad edib. Xüsusi Kəşfiyyat Xidməti isə Köçəryanı yenidən həbs etmək və onun üçün 15 illik həbs hökmünə nail olmaq istəyi ilə bu qərarla razılaşmır. Lakin problem Köçəryanın həbsindən daha dərində gizlənib. Ədliyyə bu pozuntulara göz yumarsa, Paşinyan dekabr seçkiləri zamanı hakimiyyəti əlində cəmləyəcək, çünki onun “Mənim yolum” alyansı populyarlığın zirvəsindədir. Ehtimal ki, o, bütün əsl və potensial opponentləri məhv edilməyincə bu cür hərəkət edəcək. Burada bir atalar sözü yerinə düşür: “Hakimiyyət adamı pozur, mütləq hakimiyyət həmişəlik pozur”. Mütləq hakimiyyət əldə etməyə ilk addım müxalifəti başsız qoymaqdır. Paşinyan bunun əvəzinə “Bütün hakimiyyət ötəridir, onu ən yaxşı mümkün durumda buraxın” iddiasını edən prezident Harri Trumenin xeyir-duasına əməl etməliydi. Amma Paşinyan Trumen deyil. Böyük dövlətlər onu özünə gətirməsə, o öz düşmənlərini elə də məhv etməyi sürdürəcək.

Bax, Bolton nəyi nəzərə almalıdır: Ermənistan hökumətinin və məhkəmə sisteminin bütövlüyü təhlükədədir.“Human Rights Watch” qeyri-hökumət təşkilatı bu durumun olduqca dəqiq qiymətini verərək iddia edib ki, “siyasi baxımdan motivləşdirilən məhkəmə təqibləri probleminin həlli çətin vəzifədir, amma Ermənistanın cinayət hüququna inamı bərpa etmək üçün çox önəmlidir”. Paşinyanın ikiüzlülüyü 11 iyulda Avropanın “Karnegi” araşdırma mərkəzində iradlarla çıxış edərək “Biz öz qorxumuzu üstələmişik və özündən törəyən hakimiyyəti məhv edərək sevgi və tolerantlıq inqilabı həyata keçirmişik. Dünyaya və özümüzə demişik ki, bir nəfərin bizim adımızdan qərar qəbul etməyinə heç vaxt yol vermərik” deyəndə üzə çıxıb. Ermənistan Avropa Şurasına üzv olmaqla insan haqları üzrə Avropa Şurasına tabedir. Avropa Birliyi anlamalıdır ki, Paşinyanın sözlərindənsə, hərəkətləri ucadan özü haqda danışır. Bu hərəkətlər isə Ermənistanda insan hüquqlarını pozur və millətçiliyin və Ermənistanın qonşularına düşmənliyin guruldamasına səbəb ola bilər.

Paşinyan nəzarətsizlik şəraitində Ermənistanda demokratiyanı təhdid edə və Qafqaz bölgəsində durumu qarışdırmağı davam etdirə bilər. Susanda və Paşinyanın sözlərinə inananda, Avropa Birliyi və Birləşmiş Ştatlar üçün son dərəcə çox şey risqə qoyulur. Paşinyana beynəlxalq basqı edilməsə, hakimiyyəti əlində cəmləməyi sürdürəcək və bu qayda ilə Ermənistanda indiki ana doğru əldə edilənlərin hamısını təhdid altına qoyacaq. Qərb birbaşa indi hərəkət etməlidir”. Bütün bunlar fonunda hesab edilir ki, Paşinyanı həm Qərbdən, həm də Rusiyadan ciddi təzyiqlər gözləyir.(baki-xeber.com)

AzNews.az