Komanda-qərargah hərb oyunları başlayıb. Komanda-qərargah hərb oyunları başlayıb.

Ordumuzda komanda-qərargah hərb oyunları başladı - Video

Komanda-qərargah hərb oyunları başlayıb.

Azərbaycan ordusunun 2018-ci ilin hazırlıq planına əsasən noyabrın 12-də komanda-qərargah hərb oyunları (KQHO) başlayıb.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Döyüş əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyət səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə keçirilən hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növləri və qismləri, eləcə də xüsusi təyinatlı qüvvələr cəlb edilib.

KQHO-da kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarə edilməsini təmin etmək üçün məlumatların sürətli ötürülməsi, əməliyyat şəraitinə uyğun dərhal qərarların qəbul edilməsi və digər vərdişlər icra olunacaq.

AzNews.az

image description image description image description image description image description image description