Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın qərarını şərh edib. Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın qərarını şərh edib.

İrəvanda gizlədilən bioloji silahlar - Rusiya yeraltı laboratoriyaların hədəfində

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın qərarını şərh edib.

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Ermənistandakı bioloji laboratoriyalarına rus mütəxəssislərin qəbul edilməsinə dair qərarını şərh edib.

XİN-dən verilən açıqlamada ötən il İrəvanda bu mövzuda ikitərəfli məsləhətləşmələrin keçirildiyi diqqətə çatdırılıb.

Məlumatda qeyd edilir ki, rus ekspertləri üçün Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə yaradılan biolaboratoriyaya səfər təşkil edilib:

“Ümid edirik ki, Pentaqonun iştirakı ilə qurulmuş laboratoriyalar əsasında həyata keçirilən fəaliyyətlər yalnız sülh məqsədlidir və bu, bioloji və toksin Silahların Qadağan edilməsi Konvensiyasının normalarına uyğun olacaq”.

Xatırladaq ki, rəsmi Moskva dəfələrlə Rusiya sərhədləri yaxınlığında Amerika bioloji laboratoriyalarının fəaliyyəti ilə bağlı narahatlıqlarını ifadə edib. Ukrayna, Gürcüstan, Qazaxıstan və Ermənistanda oxşar laboratoriyalar var.

Bu ölkələr arasında Ermənistan bu laboratoriyalara Rusiya mütəxəssislərinin çıxışını təmin edən ilk dövlət olub. Onu da əlavə edək ki, keçmiş prezident Serj Sərkisyan Rusiya mütəxəssislərinin bu laboratoriyalara girişinə icazə vermirdi. Qadağa isə Baş nazir Nikol Paşinyan tərəfindən götürülüb.

Rəsmi Moskva Ermənistandakı Amerika laboratoriyalarının Rusiyaya qarşı istifadə edilə biləcəyindən narahat idi.

“Kommersant” qəzeti bu təhlükəli ehtimalın hələ də aradan qalxmadığını və əsas labortoriyaların yer altında yerləşdirildiyini yazır.(teleqraf.com)

AzNews.az