İrəvanın KTMT-dəki məğlubiyyəti bu faktlardan sadəcə biridir. İrəvanın KTMT-dəki məğlubiyyəti bu faktlardan sadəcə biridir.

“Rusiya İrəvana növbəti zərbəyə hazırlaşır” - Zülfüqarov

İrəvanın KTMT-dəki məğlubiyyəti bu faktlardan sadəcə biridir.

İrəvanın KTMT-dəki məğlubiyyəti Ermənistanın Rusiya ilə münasibətlərinin səviyyəsini göstərən faktlardan sadəcə biridir.

Bu sözləri açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir bildirib ki, bunu bir növ Paşinyanın qərbyönlü siyasətinin nəticəsi də adlandırmaq olar:

“Ümumiyyətlə, bir daha təkrarlayım ki, Rusiya getdikcə Ermənistandan tamamilə uzaqlaşacaq. Bu, təbii ki, geosiyasi səbəblərdən qaynaqlanır. Bu yöndə ilk addım demək olar ki, atıldı, növbəti addımların ardı isə qarşıdakı dönəmlərdə gələcək. Bundan sonrakı addımlar müxtəlif ola bilər. Hesab edirəm ki, Rusiya Ermənistanı beynəlxalq təşkilatlarda müdafiə etmək siyasətindən uzaqlaşacaq, İrəvana verilən kreditlərdə ləngimələr olacaq. Bundan başqa, Rusiyada və Ermənistanın daxilində iki dövlət arasındakı “dostluğa” aid tənqidi fikirlər daha da güclənəcək. Bütün bunlarla yanaşı, proseslərin aqitasiya və təbliğat hissəsində də mövqelərin dəyişməsinin şahidi olacağıq”.

Azərbaycanın KTMT-də müşahidə statusuna gəlincə, sabiq nazir bunun Ermənistanla bu və ya digər rəqabət formasında olmayacağını bildirib:

“Düzdür, hələlik mənzərə tam aydın deyil. Ancaq hesab edirəm ki, Azərbaycanın KTMT-də bu və ya digər addımı hansısa şərtlər daxilində olmalıdır. Məhz bunun nəticəsində də konkret uduşlarımızı və ya mövqeyimizi zəiflədən amilləri nəzərə ala biləcəyik”.(axar.az)

© AzNews.az