"Assosiasiya hər zaman Fransa hökumətindən tələb edib ki...". "Assosiasiya hər zaman Fransa hökumətindən tələb edib ki...".

“Saakyanın Fransaya səfəri qəbuledilməzdir” - Jan-Fransua Mansel

"Assosiasiya hər zaman Fransa hökumətindən tələb edib ki...".

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri”nin Fransaya səfəri qəbuledilməzdir.

Bunu Fransada Azərbaycanın dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Bako Saakyanın Fransaya səfərini şərh edərkən deyib.

O bildirib: “Assosiasiya hər zaman Fransa hökumətindən tələb edib ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri ilə hər hansı bir əlaqəyə icazə verməsin. Saakyanın hətta Ermənistan pasportu ilə Fransa ərazisinə daxil olması belə qəbuledilməzdir”.

Fransada Azərbaycanın dostları Assosiasiyası gözləyir ki, Fransa indiyədək tamamilə aydın olmuş əvvəlki mövqeyinə qayıdacaq.(trend.az)

© AzNews.az