Onlara işsiz qalacaqları barədə xəbərdarlıq edilib. Onlara işsiz qalacaqları barədə xəbərdarlıq edilib.

Ermənistanda xeyli məmur seçkidən sonra işsiz qalacaq - KİV

Onlara işsiz qalacaqları barədə xəbərdarlıq edilib.

Ermənistanda dövlət qurumlarında işləyən xeyli sayda məmur Yeni il bayramından sonra kütləvi şəkildə işdən çıxarılacaq.

Bunu “Jamanak” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, çoxlu sayda məmura dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra işsiz qalacaqları barədə xəbərdarlıq edilib.

“Diaspor, Mədəniyyət, Xarici işlər, İdman və gənclərlə iş üzrə nazirliklərin əməkdaşları artıq işsiz qalacaqları barədə məlumatlandırılıblar”, -deyə yazıda vurğulanıb.(report.az)

© AzNews.az