Ermənistan parlamentinin spikeri və vitse-spikerlərinin kimliyi məlum olub. Ermənistan parlamentinin spikeri və vitse-spikerlərinin kimliyi məlum olub.

Ermənistan parlamentinin sədri bəlli oldu

Ermənistan parlamentinin spikeri və vitse-spikerlərinin kimliyi məlum olub.

Bu barədə Ermənistanda nəşr olunan “Haykakan Jamanak” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, yenidən ölkənin baş naziri seçiləcək Nikol Paşinyan parlamentin sədri postunu köməkçisi Ararat Mirzoyana, vitse-spiker postlarını isə Lena Nazaryan və Alen Simonyana etibar edəcək.

Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın başçılıq etdiyi “Mənim Addımım” parlament fraksiyasına kimin rəhbərlik edəcəyi isə hələlik dəqiqləşməyib.

Qeyd edək ki, dekabrın 9-da Ermənistanda keçirilmiş erkən parlament seçkilərində “Mənim Addımım” bloku qalib gəlib.(teleqraf.com)

© AzNews.az