ABŞ-ın Ermənistandakı səfirliyi Yeni il ərəfəsində bu ölkədəki vətəndaşlarını sayıq olmağa çağırıb. ABŞ-ın Ermənistandakı səfirliyi Yeni il ərəfəsində bu ölkədəki vətəndaşlarını sayıq olmağa çağırıb.

ABŞ Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ-ın Ermənistandakı səfirliyi Yeni il ərəfəsində bu ölkədəki vətəndaşlarını sayıq olmağa çağırıb.

Səfirliyin saytında yerləşdirilən xəbərdarlıqda bildirilir ki, Ermənistanda bayram mövsümündə ənənəvi olaraq cinayətkarlıq, xüsusən, soyğun, oğurluq hallarının artdığı qeydə alınır:

“Avropada ekstremist ideologiyadan ilhamlanan transmilli terror təşkilatları və ayrı-ayrı şəxslər tərəfindən davam edən təhlükələr də mövcuddur. Ekstremistlər qərb sakinlərinin tez-tez ziyarət etdikləri ticarət mərkəzləri, aeroport, klublar, restoranlar, nəqliyyat qovşaqları kimi turistik məkanlara fokuslanmağa davam edirlər”.(qafqazinfo.az)

© AzNews.az