Narek Sarkisyan Praqada Qvatemala vətəndaşı Franklin Qonsalesin adına verilmiş pasportla tutulub. Narek Sarkisyan Praqada Qvatemala vətəndaşı Franklin Qonsalesin adına verilmiş pasportla tutulub.

“Qanuni oğru” Sarkisyanın qardaşı oğlunu Paşinyana satdı

Narek Sarkisyan Praqada Qvatemala vətəndaşı Franklin Qonsalesin adına verilmiş pasportla tutulub.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın bu ilin iyul ayında axtarışa verilən və Praqada saxlanılan qardaşı oğlu Narek Sarkisyanın yerini hüquq-mühafizə orqanlarına nişan verən şəxsin kimliyi məlum olub.

Bu, Zap ləqəbi ilə tanınmış "qanuni oğru" Andranik Soqoyandır.

Narek Sarkisyan Praqada Qvatemala vətəndaşı Franklin Qonsalesin adına verilmiş pasportla tutulub.

Bu barədə erməni mətbuatı yazıb.

“Jamanak” qəzetinin yazdığına görə, Ermənistanın yeni hakimiyyəti kriminal avtoritetlərlə əməkdaşlıq etməyə başlayıb. Bu əməkdaşlığın bir nümunəsi də Narek Sarkisyanla bağlıdır: "Polisin yaydığı rəsmi məlumatda Narek Sarkisyanın polisin müxtəlif bölmələrinin, İnterpolun milli bürosunun və bir sıra ölkələrin hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığı nəticəsində tutulması bildirilirdi. Bizim məlumatımıza görə, Narek Sarkisyanın yerini kriminal avtoritet Andranik Soqoyan bildirib”.

Bunun müqabilində kriminal avtoritetin hakimiyyətdən nə aldığı məlum deyil.

Xatırladaq ki, N.Sarkisyan silah və narkotik maddə saxlamaq, həmçinin adam oğurluğu ittihamı ilə “İnterpol” tərəfindən axtarışda olub.(cebhe.info)

© AzNews.az