- Qayıdış
- 13 Dekabr 2018 20:43
- 1 039
Zakir Həsənov Kaspşiklə monitorinqlərin nəticələrini müzakirə etdi - FOTO
Görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət müzakirə olunub.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət müzakirə olunub.
Həmçinin keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.
AzNews.az