Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) 9 dekabrda keçirilmiş seçkilərin yekun nəticələrini açıqlayıb. Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) 9 dekabrda keçirilmiş seçkilərin yekun nəticələrini açıqlayıb.

Ermənistanda MSK yekun nəticələri elan etdi

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) 9 dekabrda keçirilmiş seçkilərin yekun nəticələrini açıqlayıb.

2010 seçki məntəqəsində bülletenlərin sayılması nəticəsində əldə olunan nəticələri MSK sədri Tiqran Mukuçyan elan edib:

Nikol Paşinyanın Mənim Addımım Bloku – 884864 (70.42%)

Respublikaçılar Partiyası – 59083 (4.7%)

Vətəndaş qərarı – 8514 (0.68 %)

Daşnaksütyun – 48816 (3.88%)

İşıqlı Ermənistan - 80047 (6.37%)

Xristian Demokrat – 6458 (0.51%)

Milli İnkişaf – 4121 (0.33%)

Biz Bloku – 25716 (2%)

Orinats Yerkir – 12393 (0.99%)

Sasna Çrer – 22868 (1.82%)

Çiçəklənən Ermənistan – 103801 (8.26%)

Seçkilərdə seçici fəallığı 48.63 faiz (1261105 seçici) olub.(axar.az)

AzNews.az