Ermənistan əhalisinin sürətlə azalması barədə mətbuatda, cəmiyyətdə və ən yuxarı tribunalarda səslənən fikirlər dekabrın 9-da keçirilən parlament seçkilərində bir daha təsdiq olundu. Ermənistan əhalisinin sürətlə azalması barədə mətbuatda, cəmiyyətdə və ən yuxarı tribunalarda səslənən fikirlər dekabrın 9-da keçirilən parlament seçkilərində bir daha təsdiq olundu.

Ermənistanda qadınlar da mühacirətə başlayıb

Ermənistan əhalisinin sürətlə azalması barədə mətbuatda, cəmiyyətdə və ən yuxarı tribunalarda səslənən fikirlər dekabrın 9-da keçirilən parlament seçkilərində bir daha təsdiq olundu.

Bunu Ermənistanda etiraf edirlər... Əgər seçki siyahılarında 2,573,579 seçici qeydiyyata alınmışdısa, “məxməri inqilab” eyforiyası fonunda seçki fəallığı 48,1% (1,260,840 nəfər) oldu.

İstirahət günü geniş təbliğat-təşviqat kampaniyası fonunda seçici fəallığının bu qədər aşağı olması ilə bağlı seçkilərdə qələbə qazanmış Nikol Paşinyanın “Mənim addımım” bloku və hökumət üzvləri müxtəlif bəhanələr gətirməyə başladı. Amma bu arqumentlərin heç biri Ermənistanda seçici siyahısı ilə ölkədəki real əhalinin sayı arasındakı 500-800 min nəfərlik nəhəng boşluğu doldura bilməzdi.

Təkcə onu demək lazımdır ki, Rusiya Federal Miqrasiya Xidməti 2018-ci ilin 1 yanvarı üçün 562 min Ermənistan vətəndaşının miqrasiya uçotunda durduğunu açıqlamışdı. Rəsmi statistika Ermənistanda 2,967 min nəfər daimi əhalinin yaşadığını göstərsə də, bu şişirdilmiş rəqəmlər hələ Koçaryan və Sarkisyan rejimləri dövründə xüsusi sxem əsasında hazırlanıb. Məqsəd, ölkə əhalisini panikaya salmamaq, dünyaya ölkənin dayanıqlı inkişafını göstərmək üçün lazım idi.

BMT-nin proqnozlarına görə, 2050-ci ildə Ermənistan əhalisinin sayı 2,4 milyon nəfərə qədər azalacaq. Maraqlıdır ki, Azərbaycan üçün analoji göstərici 2050-ci ildə 10,8 milyon nəfər təşkil edəcək. Hazırda bu nisbət Ermənistanda 3 milyon, Azərbaycanda isə 9,9 milyon nəfərdir.

Blokada və Azərbaycana qarşı işğalçılıq siyasəti Ermənistanın gələcəyini dumanlı perspektivə çevirən əsas faktorlardır. Belə ki, 2017-ci ildə ölkədə 37 min 699 körpə doğulub. Bu göstərici 2016-cı ildə 40 min 592 və 2015-ci ildə 41 312 nəfər olub. Göründüyü kimi, doğum göstəricisi ildən-ilə aşağı düşür, insanların yaxşı həyata, xoşbəxt gələcəyə inamı itdiyi üçün onlar ölkədən kütləvi şəkildə köçür, övlad-uşaq sahibi olmaq istəmirlər.

Ermənistanın məşhur sosioloqlarından biri Sambel Xudoyan da məsələ ilə bağlı həyəcan təbili çalır:

“Çoxları ölkədəki demoqrafik situasiya barədə KİV-dən məlumat alır. Onlar Ermənistandan kiminsə, işləmək üçün xaricə getdiyini görəndə panikaya düşürlər və zəncirvari reaksiya baş verir. Biri gedirsə, o biri də onun arxasınca gedir”.

Xudoyanın fikrincə, ölkədən yalnız kişilər deyil, qadınlar da mühacirət edir:

“Çoxu ailəsi ilə gedir. Bəzi kəndlərdə kişilər həyat yoldaşlarını 6-7 ay tək qoyub gedirlər. Elə kəndlər də var ki, ancaq yaşlı adamlar qalıblar. Bu çoxlu problemlər yaradır. Kişi ailədə olmayanda özbaşınalıq yaranır. Məsələn, bu gün Yerevanda çoxlu intim xidmət yerləri açılıb. Kənddən gələn qızlar çox vaxt bu yola düşürlər. Halbuki, ataları, yaxud qardaşları qazanc arxasınca, xaricə gediblər”.

İqtisadçı Vaaqn Xaçatryan isə ölkə iqtisadiyyatının ağır vəziyyətini və Qarabağ münaqişəsini əsas problem hesab edir.

“Son 10 ildə ölkədə vəziyyət çox ağırdır. Yerli sakinlər üçün daha bir aktual problem Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Yəni insanlar sülh müqaviləsinin nə vaxt bağlanacağını bilmirlər”-deyə ekspert deyib.

Eyni problem Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında da müşahidə olunur. Belə ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində 1989-cu ildə 189 min insan yaşayırdısa, hazırda bu göstərici 100 mindən aşağıdır. Rəsmi erməni mənbələri bu rəqəmi 150 minə qədər şişirtsələr də, reallıq işsizlik və mübahisə səbəbindən yerli ermənilərin Qarabağdan kütləvi olaraq Rusiyaya köç etdiyini göstərir. Bu, həm beynəlxalq təşkilatlar, həm də QHT-lər tərəfindən sənədləşdirilib. Bölgədə yalnız Ermənistandan göndərilən hərbi hissələrin şəxsi heyəti və azsaylı yerli sakinlər qalıb.

Ümumilikdə, Ermənistan və işğal altındakı Dağlıq Qarabağ regionunda ermənilərin əsl demoqrafik böhran yaşadığını və Qarabağ münaqişəsinin həlli mümkün olmadan bu tendensiyanın müsbətə doğru dəyişməsi şansının olmadığını demək olar.(modern.az)

© AzNews.az