Rusiyanın “Qazprom” dövlət şirkəti Ermənistana sərmayə qoyuluşunu azaltmağı planlaşdırır. Rusiyanın “Qazprom” dövlət şirkəti Ermənistana sərmayə qoyuluşunu azaltmağı planlaşdırır.

“Qazprom” Ermənistana sərmayə qoyuluşunu azaldır

Rusiyanın “Qazprom” dövlət şirkəti Ermənistana sərmayə qoyuluşunu azaltmağı planlaşdırır.

Bu barədə “Kommersant”da yazı dərc edilib.

Bildirilib ki, Ermənistana təbii qazın min kubmetrinin qiymətinin 150 dollardan 165 dollaradək bahalaşması barədə razılıq formal görünür.

“Qazprom”un Ermənistanda fəaliyyət göstərən “Qazprom Armeniya” törəmə şirkəti ölkənin infrastrukturuna sərmayə qoyur.

Qəzetin yazdığına görə, şirkət Ermənistana qaz nəql edən yeganə tədürükçüdür. Yerevanın İrandan aldığı təbii qaz isə elektrik enerjisinin əldə edilməsinə sərf olunur. 2013-cü ildə Rusiyanın Ermənistana 2014-2018-ci illərdə 2,5 milyard kubmetr “mavi yanacaq” nəqlinə dair müqavilə imzalanıb. 2018-ci ilin ilk 9 ayında “Qazprom” bu ölkəyə 1,37 milyard kubmetr təbii qaz tədarük edib.

Qəzet yazıb ki, 2018-ci ilin hakimiyyət çevirilişindən sonra Yerevanla Rusiyanın dövlət qurumları arasında münasibət mürəkkəbləşib. Ötən ilin iyulunda Ermənistanın Dövlət Gəlirlər Komitəsi “Qazprom Armeniya” və “Avtoqaz”ın fəaliyyətin vergi ödənilməsində qanun pozuntuları aşkarlayıb.

“Kommersant” bildirib ki, “Qazprom” Ermənistanla aparılan danışqları şərh etməyib.

Ermənistan baş naziri səlahiyytlərini icra edən Nikol Paşinyanın mətbuat katibi Arman Yeqoyanın sözlərinə görə, tarifin qorunması borcların yığılmasına və erməni aktivlərinin Rusiya tərəfinə güzəştə getməsinə ehtiyac qalmayacaq. O əlavə edib ki, Ermənistan qaz almaq üzrə İranla danışıqları davam etdirəcək.

Məqalədə vurğulanıb ki, Ermənistandakı yeni hakimiyyətin “Qazprom”un törəmə müəssisəsinə qarşı sərt münasibətindən sonra dövlət şirkətinin bu ölkədə resurslarını saxlaması qəribıə görünər. Bu isə danışıqların davam edəcəyinə səbəb ola bilər.(report.az)

© AzNews.az