“Praktiki baxımdan ilk növbədə işğal altında olan İran-Azərbaycan sərhədinin işğaldan azad olunması deməkdir". “Praktiki baxımdan ilk növbədə işğal altında olan İran-Azərbaycan sərhədinin işğaldan azad olunması deməkdir".

Ermənistan-Azərbaycan dövlət sərhədinin birgə qorunması təklifi nəyə xidmət edir? - Politoloqun şərhi

“Praktiki baxımdan ilk növbədə işğal altında olan İran-Azərbaycan sərhədinin işğaldan azad olunması deməkdir".

Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davtyan Ermənistan-Azərbaycan dövlət sərhədinin hər iki ölkənin sərhədçiləri tərəfindən birgə patrul olunması təklifininin gündəliyə gəlməsi Rusiya mediasına məxsusdur.

Bu fikirləri AzNews.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Rusiyanın Ermənistandakı media resurslarının Dağlıq Qarabağ məsələsinə Ermənistanın rəsmi mövqeyindən fərqli yanaşması göz qabağındadır.

Politoloq Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi A.Davtyanın təklifinə ideya kimi 2 prizmadan yanaşdığını bildirib:

“Birincisi, Artak Davtyanın bu ideyası Dağlıq Qarabağ tənzimlənməsi prizmasından ortalığa qoyulan ən radikal ideyalardan biridir. Ermənistanın bəzi media resursları Dağlıq Qarabağ məsələsində Ermənistanın ən kəskin ziyanına olan ideya, fikir və tezislərin Ermənistan üçün faydasını “əsaslandıra” bilirlər. A.Davtyanın sərhədin birgə qorunması mövzusuna həmin media resurslar da susdu.

İkincisi, ola bilər, A.Davtyan bu ideyanın mahiyyətini bilərəkdən ortalığa qoyub. A.Davtyan Dağlıq Qarabağ mövzusunda Baş nazir N.Paşinyana təzyiqlər olduğunu bilir. Bu təzyiqləri Baş nazir N.Paşinyan etiraf edib".

Mübariz Əhmədoğlunun fikrincə, A.Davtyan Ermənistan cəmiyyətində bu ideyanı gündəliyə gətirməklə Baş nazirinə kömək etmək istəyir:

“A.Davtyanın dövlət sərhədinin birgə patrul olunması ideyası praktiki baxımdan Dağlıq Qarabağ məsələsinin birdəfəlik həllinə və Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələrə şərait yarada bilər.

“Praktiki baxımdan ilk növbədə işğal altında olan İran-Azərbaycan sərhədinin işğaldan azad olunması deməkdir. Araz İqtisadi Zonası işə düşə bilər. Bu isə İran-Azərbaycan-Ermənistan-Türkiyə iqtisadi əməkdaşlığının başlanması deməkdir. Bu artıq Ermənistan üçün kifayət qədər ciddi, hava və su kimi vacib olan bir məsələdir.

Bu ideya Ermənistan–Azərbaycan sərhədinin “Laçın koridoru” adlandırılan hissəsinin də dəqiq konturlarının müəyyənləşdirməsinə yol açır. “Laçın koridoru”nun konturları hal-hazırda Ermənistanla Azərbaycan arasında ən kəskin müzakirə mövzularından biridir.

Belə olan halda A.Davtyanın ortalığa qoyduğu ideyaya N.Paşinyana dəstək kimi yanaşmaq daha düzgündür”. Politoloq belə deyib.