“Uşaqlarımızın daxili orqanlarını satırlar” - Erməni nazir

"Övladlığa götürülən uşaqların sonradan daxili orqanları satılır".

“Ermənistanda övladlığa götürülən kimsəsiz uşaqlar insan alverçilərinin qurbanlarına çevrilirlər”.

Bunu Ermənistanın sosial işlər naziri Gevorq Petrosyan deyib.

Nazir son illərdə kimsəsiz uşaqlar üzərində təhlükəli oyunların oynanıldığını və övladlığa götürülən uşaqların sonradan daxili orqanlarının satıldığını bildirib.

“İki belçikalı milyarder iki uşağı övladlığa götürmək üçün Ermənistana gəlir. Bunu nə üçün etdikləri bəlli deyil? Bu uşaqların daxili orqanlarının satılacağına dair şübhələr vardı və təsdiq olundu. Xüsusilə də əcnəbilər tərəfindən uşaqlarımızın övladlığa götürlməsi məsələsində ehtiyatlı olmaq lazımdır”.

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan da erməni uşaqların insan alveri ilə məşğul olan təşkilatlar vasitəsilə övladlığa götürüldüyünü bildirib:

“Mafiyalar belə ölkəmizdə çox rahat hərəkət edirlər və bu işlə məşğuldurlar”.(teleqraf.com)

© AzNews.az