Azərbaycan prezidenti İlham Əliyev Davosda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Azərbaycan prezidenti İlham Əliyev Davosda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

"Paşinyana tanınan limiti uzatmaq olmaz"

Azərbaycan prezidenti İlham Əliyev Davosda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

"Bu, onların ikinci görüşüdür. Fikrimcə, tərəflərin Düşənbə görüşündəki müzakirəsi davam edib. Paşinyan Düşənbədə zəif baş nazir idi, çünki Ermənistan parlamenti hələ “Qarabağ klanının” nəzarətində idi. Ona görə Paşinyan Düşənbədə İlham Əliyevə qəti bir söz deyə bilməzdi".

AzNews.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Düşənbə görüşündən sonra atəşkəsin pozulması halları azalıb, buna görə Paşinyan İlham Əliyevə minnətdar olmalıdır, əks halda Paşinyan ciddi problemlərlə üzləşəcəkdi:

"Rəsmi Bakı Paşinyana dekabrda seçkini rahat şəkildə keçirməyə imkan tanıdı və o, qələbə çaldı, “Qarabağ klanını” parlamentdən uzaqlaşdırdı. Azərbaycan hakimiyyəti düşündü ki, “Qarabağ klanı”ndansa Paşiyanla danışıqlar aparmaq daha münasibdir. Doğru strategiya idi. Ancaq Paşinyana tanınan limiti uzatmaq da olmaz. Hazırda parlament Paşinyanın nəzarəti altındadır. Ona görə də Davos görüşünün məzmunu fərqli olmalıdır və artıq Ermənistanın baş nazirinə əlavə vaxt verməyə lüzum yoxdur".

Elgün
AzNews.az