Erməni deputat hökuməti tənqid etdi

"Bizim buna yol verməyə haqqımız yoxdur".

Ermənistan Müdafiə Nazirliyinin əsgərin odlu silahla açılan atəş nəticəsində öldürülməsi xəbərini gizlətməsi ölkədə birmənalı qarşılanmayıb.

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokundan olan deputat Edqar Arakelyan hökuməti sərt şəkildə tənqid edib.

“Ermənistanda insan haqları və demokratiyanın pozulması, korrupsiyaya yol verilməsi kimi hallar hər hansı səhlənkarlığın, vəzifəli şəxslərin ətalət nümayiş etdirməsinin göstəricisi olmamalıdır. Əgər inqilabçı Ermənistanda məhbuslar aclıq və ya intihar nəticəsində ölürdülərsə, post-inqilabçı Ermənistanda bizim buna yol verməyə haqqımız yoxdur. Bütün yüksək və kiçik vəzifəli şəxslərə öz hakimiyyətləri dövründə ən azı həftədə bir dəfə aprel və may hadisələrinin xronikasını nəzərdən keçirməyi məsləhət görürəm”,- deyə millət vəkili qeyd edib.(qafqazinfo.az)

AzNews.az