Paşinyan İsayev vasitəsilə Qərb üçün Rusiyanın daxilinə əlavə rıçaq verməklə divident əldə etmək istəyir Paşinyan İsayev vasitəsilə Qərb üçün Rusiyanın daxilinə əlavə rıçaq verməklə divident əldə etmək istəyir

Paşinyan İsayev vasitəsilə divident əldə etmək istəyir - Mübariz Əhmədoğlu

Paşinyan İsayev vasitəsilə Qərb üçün Rusiyanın daxilinə əlavə rıçaq verməklə divident əldə etmək istəyir

N Paşinyan Moskvada olarkən Rusiyanın müxalifətçiictimai siyasi xadimi, “Yeni Rusiya” fondunun rəhbəri, politoloq Nikita İsayevlə görüşdü. Görünür, N.Paşinyan Rusiya müxalifəti ilə əlaqə qurub, bunu Qərbin sərəncamına verməklə geosiyasi və maliyyə dividentləri qazanmaq istəyir. N.Paşinyan Ermənistan siyasətində və ya davranışında azacıq da olsa unudulmuş bir fundamental ənənəni yenidən canlandırmaq istəyir.

Paşinyanın İsayevlə görüşməsi Ermənistan cəmiyyətində birmənalı qarşılanmadı. Yerevan Dövlət Universitetinin Avropa Tədqiqatları Mərkəzinin rəhbəri Artur Kazinyan N.Paşinyanın İsayevla görüşünü siyasi korrektə çərçivəsinə sığmadığını bildirdi. A.Kazinyanın fikrincə, N.İsayev qatı Azərbaycanpərəst lobbistdir və həmişə anti-erməni Azərbaycanpərəst şəxs kimi qəbul olunur. Ona görə onun müxalifətçiliyi varsa da o, idarə olunan liberal düşüncəli şəxsdir. Paşinyan bilir ki, ondan əvvəlki hər 3 prezident Qərblə Rusiya arasında manevr etməklə Ermənistana geosiyasi divident qazandırıblar.

Qərb qarşısında dünya erməniliyinin ən böyük xidməti SSRİ-ni dağıtmaq idi və onun da əvəzində Qarabağın müvəqqəti işğalına nail oldu. Bu günə qədər də Qərbin Dağlıq Qarabağ mövqeyinə erməni prizmasından baxdıqda ciddi geri çəkilmə hələ ki,müşahidə olunmayıb. Paşinyan bilir ki, R.Köçəryan özünü çox uğurlu şəkildə Rusiyanın müttəfiqi kimi təqdim etdi, Rusiyanı inandırdı. Eyni zamanda, həmin R.Köçəryan ABŞ-ın dünyada ikinci ən böyük səfirlik binasının tikilməsinə nail ola bildi. Rusiyanın Ermənistandakı bir neçə müəssisəni “özününküləşdirdi”.

Köçəryan YUKOS-CİS-i yaratmaqla məhz Rusiyanın daxilindəki ermənilər vasitəsilə bir qrup rusiyalı iş adamını ələ aldı və Xodorkovskinin Qərblə əlaqələrinin daha da güclənməsinə xidmət etdi. Əvəzində pul
qazandı. YUKOS-CİS Ermənistan vasitəsilə xaricə 5 milyard dollar pul göndərib. 2000-ci ilin əvvəllərində bu çox böyük məbləğ idi. Paşinyan bilir ki, SSRİ-nin dağılmasında Dağlıq Qarabağın rolunu Serj Sərkisyan etiraf etdi. S.Sərkisyan Şərq Tərəfdaşlığını sırf anti-Rusiya mahiyyətə yönəldə bildi. Şərq Tərəfdaşlığı Proqramı ölkələri çərçivəsində dəfələrlə Şimali Qafqazda vəziyyətin gərginləşdirməsini və Ermənistandan Rusiya bazalarının çıxarılmasını müzakirə etdi. Çərkəz soyqırımının tanınmasını aktuallaşdırdı.

Rusiya bunlara və bu istiqamətdə baş verənlərə heç bir müqavimət göstərə bilmədi. L.Ter-Petrosyanın da atdığı addımlar təxminən buna bənzərdi. Qərbdə nüfuzdan və Qərbin pulundan ehtiyaclı olan Paşinyanın məntiqinə görə belə erməni liderləri həm Rusiyada, həm də Qərbdə hörmət qazanırlar. Ən yaxşı variant Rusiyanın daxilinə Qərbin yolunu açmaqdır. Bunu görə də Nikita İsayev “təklif verən” kimi N.Paşinyan tərəfindən qəbul olundu və Moskvada olarkən görüşdü. “Yeni Rusiya” hərəkatının yaratdığı dialoq platforması bu vaxtadək Ermənistanla Rusiya arasında mövcud olan əməkdaşlıq platformalarından qat-qat zəifdir. “Qriboyedov klubu” əməkdaşlıq formatının təsisçisi Kremlin ən ciddi dəstəklədiyi “MİA Novosti”nin rəhbəri Dmitri Kiselyovdur. “Qriboyedov” ifadəsi ermənilərin xoşuna gəlmir. Çünki A.S.Qriboyedovun ölümü ermənilərin ruslara xəyanətinin ilk və bariz nümunəsidir. Buna görə də yeni-“Lazarev klubu” dialoq platforması yaradıldı. “Lazarev klubu” arxasında K.Zatulin başda olmaqla Rusiyadan Dövlət Dumasının ermənipərəst deputatları dayanır.

“Lazarev klubu”nun maliyyə mənbəyi R.Köçəryanın təxminən 4-5 milyard dollar varidatının bir qismidir. N.İsayevin isə heç nəyi yoxdur, N.Paşinyan kasıbdır. Beləliklə söhbət ancaq siyasi Qərbin marağını cəlb etmək istiqamətində fəaliyyətdən gedə bilər. Putin hökumətinin möhkəmləndiyi vaxtda bu çətin məsələdir. N.Paşinyan Qərb üçün Rusiyanın daxilinə əlavə rıçaq verdiyinə görə Qərbdən istədiyini alacaq.

Burda təəccüblü heç bir şey yoxdur. Bu ermənilərin tarixən formalaşmış davranış manerası və çörək ağacıdır. N.Paşinyanın bu vaxtadək Rusiyaya hədsiz çox yaltaqlanmasının dalında da bax indiki bu fəaliyyəti dayanırdı. Erməni qadın erməni ərini həbs etdirib rusa ərə getməsi motivasiyası üzərində qurulmuş “Qayane” baletini Moskvada nümayiş etdirməklə Paşinyan sonda məhz bunu fikirləşmişdi.

Qaldı ki Ermənistan cəmiyyətində N.İsayevin Azərbaycanpərəst olması ilə bağlı deyilənlərə, N.İsayev özü etiraf edir ki, o ermənipərəstdir. Görünür o həmişə Ermənistanla əlaqələrə can atıb ki, Ermənistan vasitəsilə Qərblədə əlaqələr qursun. Bu məsələdə Paşinyanla N.İsayevin baxışları üst-üstə düşür. Biz N.İsayevi Azərbaycanpərəst tanımırıq, ola bilər haçansa Azərbaycanla da bağlı obyektiv fikir səsləndirib.

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq