Aksiya iştirakçıları zavodun gələcək fəaliyyətinə aydınlıq gətirilməsinin tələb ediblər. Aksiya iştirakçıları zavodun gələcək fəaliyyətinə aydınlıq gətirilməsinin tələb ediblər.

Fəhlələr Ermənistan-Gürcüstan dəmir yolunu bağladılar

Aksiya iştirakçıları zavodun gələcək fəaliyyətinə aydınlıq gətirilməsinin tələb ediblər.

Ermənistanın Alaverdi rayonundakı misəritmə zavodunun əməkdaşları fevralın 13-də Ermənistan-Gürcüstan dəmiryolunu bağlayıblar.

Məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, aksiya iştirakçıları zavodun gələcək fəaliyyətinə aydınlıq gətirilməsinin tələb ediblər.

Onlar Baş nazir Nikol Paşinyanın (yaxud bu sahəyə məsul olan Baş nazirin müavini), "Valleks" şirkətinin rəhbəri Valeri Meclumyan və zavodun keçmiş sahibi “VTB”nin (Ümumrusiya Ticarət Bankı) Yerevandakı filialının nümayəndəsinin iştirakı ilə üçtərəfli danışıqların keçirilməsini tələb ediblər.

Məlumata görə, Alaverdi misəritmə zavodu 2018-ci il oktyabrın 19-da fəaliyətini dayandırıb.

“Valleks” və “VTB” hadisəyə münasibət bildirməyib.(report.az)

AzNews.az