"Qarşıdurmanın hər iki tərəfin adından təhqiredici şərhlər yazın" "Qarşıdurmanın hər iki tərəfin adından təhqiredici şərhlər yazın"

Ermənilər həmyerlilərini azərbaycanlılar və çeçenlər arasında "nifaq toxumlarını əkməyə" çağırır - FOTO

"Qarşıdurmanın hər iki tərəfin adından təhqiredici şərhlər yazın"

Ermənilər sosial şəbəkələrdə Moskvada azərbaycanlılar və ermənilər arasında baş vermiş insidentin gərginləşdirilməsinə səsləyir.

Erməni istifadəçilər, həmyerlilərini "maksimum dərəcədə" bu vəziyyətdən faydalanmağa çağırırlar.

Arman Abovyan adlı istifadəçi yazıb: "Deməli, uşaqlar, sizin əlbəttə ki, bizim üçün xoş olan hadisədən xəbəriniz var, mən Moskvada azərbaycanlılar və çeçenlər arasında baş vermiş qarışıqlıqdan danışıram. Bununla əlaqədar qarşımızda hansı vəzifələr var? İlk öncə, münaqişənin sosial şəbəkələrdə daha da alışması üçün əlimizdən gələni edirik, ancaq bunun üçün erməni adlarında istifadə etmirik ki, bizi vəziyyətin gərginləşdirilməsində heç kəs ittiham edə bilməsin. Qarşıdurmanın hər iki tərəfin adından təhqiredici şərhlər yazın. Çox aydın və dəqiq addımlar atmalıyıq. Biz bu vəziyyətdən maksimum faydalanmalıyıq. Yeni qarşıdurma bizimçün uğur olacaq, ancaq, istənilən halda, bizim ən öncəki vəzifəmiz nifrət və nifaq toxumlarını əkməkdir".

Qeyd edək ki, fevralın 14-də Moskvada "Neolit" kafesinin yanında silahlı münaqişə baş verib.

Hadisə yerinə gələn polis dava iştirakçılarından 18 nəfəri tutub. Daha öncə, Rusiyanın Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəisi polis general-leytenantı Baranov Oleq Anatolyeviç Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi polis general-mayoru Əkbər Yusifov ilə görüşü zamanı deyib ki, Moskvada azərbaycanlılar və çeçenlər arasında baş verən və geniş ictimai rezonansa səbəb olan hadisələrlə əlaqədar vəziyyət tam şəkildə şəhər hakimiyyəti və polisin nəzarəti altındadır, münaqişənin genişlənməsinə imkan verilməyəcək və bütün lazımi tədbirlər görüləcək.

Görüş zamanı internetdə 4-6 nəfərin həlak olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatın yayıldığı qeyd olunmuş və sosial şəbəkələrdə yer almış yalnız düşmənçilik mühitin yaradılması məqsədini güdən bu cür təxribatlara uymaması xahişi səsləndirilib. (sia.az)

AzNews.az