“Yaxın günlərdə Ermənistanda benzinin qiyməti bahalaşacaq”. “Yaxın günlərdə Ermənistanda benzinin qiyməti bahalaşacaq”.

“Ermənistanda benzinin qiyməti kəskin bahalaşacaq”

“Yaxın günlərdə Ermənistanda benzinin qiyməti bahalaşacaq”.

Bunu “Fleş” yanacaq tədarük edən Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Barseq Beqleryan bildirib.

O, bunu beynəlxalq bazarda benzinin qiymətinin bahalaşması ilə əlaqələndirib: “10 gün ərzində dünya bazarında benzinin qiyməti çox kəskin şəkildə, təxminən 70-80 faiz bahalaşacaq. Ona görə də Ermənistanda bu istiqamətdə bahalaşma gözlənilir”.

Amma B.Beqleryan Ermənistanda yanacağın qiymətinin nə vaxt bahalaşacağının dəqiq tarixini söyləməyib: “Yaxın gələcəkdə özünüz görəcəksiniz”.

Mütəxəssislər Ermənistanda yanacağın qiymətinin bahalaşacağını hakimiyyətin yeni iqtisadi siyasəti ilə əlaqələndirirlər. Onların fikrincə, əvvəllər bu sahədə inhisarçılıq mövcud olub. Yanacaq satışı ilə məşğul olan bir çox müəssisələr vergidən ya yayınıb, ya da qanunsuz fəaliyyətlə məşğul olaraq, cüzi vergi ödəyiblər. Ermənistanda yeni vergi siyasəti isə qiymətlərin bahalaşmasına səbəb olan amillərdəndir. Bundan başqa Rusiya ilə Ermənistan arasındakı münasibətlərin gərginləşməsinin də qiymətlərin bahalaşmasına təsir göstərəcəyi istisna edilmir.

Qeyd edək ki, hazırda Ermənistanda Aİ-92 markalı benzin 411 drama (0,74 avro), Aİ-95 430 drama (0,78 avro), Aİ-98 450 drama (0,82 avro), dizel yanacağı isə 420 drama (0,76 avro) satılır.(report.az)

AzNews.az