"Xocalı soyqırımı əliyalın xalqımıza qarşı xüsusi amansızlıqla törədilib". "Xocalı soyqırımı əliyalın xalqımıza qarşı xüsusi amansızlıqla törədilib".

“Xocalı soyqırımı xüsusi amansızlıqla törədilib”

"Xocalı soyqırımı əliyalın xalqımıza qarşı xüsusi amansızlıqla törədilib".

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Qafqaz Müsəlmanları İdarəsində “Xocalı soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı çox ağrılı gün yaşayıb: "Köçəryan, Sarkisyan hakimiyyəti nəinki bu soyqırımı təşkil ediblər, onun birbaşa iştirakçıları olublar. Ona görə də bu soyqırım xüsusi amansızlıqla törədilib. Vaxt gələcək Xocalı soyqırımını törədən canilər beynəlxalq trubunal qarşısında cavab verəcəklər”.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan torpaqları bu gün də işğal altındadır, dünyanın ən böyük hüquqi təşkilatı olan BMT-nin torpaqlarımızın azad edilməsi ilə bağlı qəbul etdiyi qətnamələr hələ də yerinə yetirilməyib: "İnanıram ki, yaxın gələcəkdə biz buna nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Bugünkü siyasətimiz torpaqların sülh yolu ilə azad edilməsidir. Ancaq vaxtı çatanda, lazım olanda Azərbaycanın tam hüququ var ki, güclü ordusu hesabına ərazi bütövlüyünü təmin etsin”.(report.az)

AzNews.az