Bu barədə Paşinyan özü “Facebook” səhifəsində anons verib. Bu barədə Paşinyan özü “Facebook” səhifəsində anons verib.

Paşinyan Yerevanda yürüş keçirəcək

Bu barədə Paşinyan özü “Facebook” səhifəsində anons verib.

Ermənistanın baş naziri Nikol Paşinyan etiraz aksiyalarının dağıdılması zamanı hakimiyyətin güc tətbiqi nəticəsində 10 nəfərin ölümü və 250 nəfərin yaralandığı 2008-ci ilin 1 mart hadisələrinin 11-ci ildönümü ilə əlaqədar Yerevanda yürüş keçirəcək.

Bu barədə Paşinyan özü “Facebook” səhifəsində anons verib. Yürüşün martın 1-də keçiriləcəyi qeyd olunub.

“Müzakirələr nəticəsində qərar qəbul olundu ki, bu günü "Azadlıq" meydanından Myasnikyan abidəsinədək genişmiqaslı vətəndaş yürüşü ilə anaq. Yürüş Ermənistan vətəndaşının zorakılığa, seçkilərin saxtalaşdırılmasına, korrupsiyaya, qanunsuzluğa və siyasi təqiblərə qarşı qələbəsinə həsr olunacaq. Həmçinin, 10 qurbanın və ümumilikdə siyasi zorakılığın qurbanı olanların xatirəsini ehtiramla yad edəcəyik” – Paşinyan bildirib.

Ermənistan baş naziri onu da vurğulayıb ki, martın 1-də həm də xalqa müraciətlə çıxış edəcək.(virtualaz.org)

AzNews.az