"Dağlıq Qarabağ tənzimlənməsinə getməyən Ermənistan tarixi şərəfsizliyə sürüklənəcək" "Dağlıq Qarabağ tənzimlənməsinə getməyən Ermənistan tarixi şərəfsizliyə sürüklənəcək"

Paşinyan Ovannes Tumanyanın ideyalarını Dağlıq Qarabağ ermənilərinə örnək göstərir - Mübariz Əhmədoğlu

"Dağlıq Qarabağ tənzimlənməsinə getməyən Ermənistan tarixi şərəfsizliyə sürüklənəcək"

Fevralın 19-da məşhur erməni şairi Ovanes Tumanyanın 150 illik yubileyi Dağlıq Qarabağda da qeyd edildi.

O.Tumanyan son 30 ildə ilk dəfədir ki, Dağlıq Qarabağda təbliğ olunur. O.Tumanyan Ermənistanda anadan olub, Gürcüstanda yaşamış, Moskvada ölmüş və Ermənistanda dəfn olunmuş milliyyətcə erməni yazıçı-şairdir. Gürcüstan, Ermənistan və Azərbaycanda O.Tumanyanı ilk növbədə Cənubi Qafqaz xalqlarının hər üçünün dilində yazıb-yaradan Sayat Novanın davamçısı kimi tanıyırlar. Ovanes Tumanyan XX əsrin əvvəlində Cənubi Qafqaz regionunda ermənilərin gürcülərə və azərbaycanlılara qarşı apardığı müharibədəki sülhyaradıcı roludur. O.Tumanyan o zaman at belində öz ermənilərinin yanına gedərək onları gürcülərə və azərbaycanlılara qarşı vuruşmamağa çağırırdı. Cənubi Qafqaz regionuna münaqişəni Osmanlı imperiyasından qovulan, İran imperiyasının tərkibindən köçürülən ermənilər gətiriblər. O.Tumanyan da bunu bilirdi və ona görə daha çox öz xalqı arasında təbliğat aparırdı.

N.Paşinyan O.Tumanyanın yubileyinin Dağlıq Qarabağda keçirtdirməklə, xüsusilə qondarma qurumun de-fakto prezidenti B.Saakyanı o tədbirlərdə oturmağa vadar etməklə barışığın vacib olduğu mesajını çatdırmaq istəyir. Silva Kaputikyanın 100 illiyinin Dağlıq Qarabağda qeyd olunmaması diqqət çəkir. Kaputikyanın 100 illiyi Paşinyanın diqqətində idi. Amma tədbirlər yalnız Yerevanda keçirildi. Bu, Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsinə daha bir cəhdi kimi dəyərləndirilə bilər.

Dağlıq Qarabağ tənzimlənməsinə getməyən Ermənistan tarixi şərəfsizliyə sürüklənəcək. Ermənilər bu torpaqlarda qala bilməyəcəklər. Ermənistan müstəqil dövlətçiliyini itirib, iki iri qonşu dövlətdən hansısa birinin tərkibinə girəcəkdir. Dağlıq Qarabağa Ermənistandan O.Tumanyanın ideyalarının gəlməsi müsbət haldır. Ermənistandan Dağlıq Qarabağa destruktiv ideyalar axını davam edəcəyi təqdirdə Paşinyan özü Laçın koridorunu bağlatdıra bilər. Bəlkə də Paşinyanın xahişi ilə Azərbaycan və Ermənistan ikisi birlikdə Laçın koridorunu bağlasınlar və bununla da O.Tumanyanın ideyalarının Dağlıq Qarabağ erməniləri arasında yayılmasına Ermənistandan heç kəs maneçilik edə bilməsin.

Mübariz Əhmədoğlu

AzNews.az