Yerevanda polis 16 aksiya iştirakçısını həbs edib. Yerevanda polis 16 aksiya iştirakçısını həbs edib.

Ermənistanda polislə etirazçılar arasında toqquşma olub, həbs olunanlar var - Yenilənib

Yerevanda polis 16 aksiya iştirakçısını həbs edib.

Bunu Yerevanın polis bölməsindən bildiriblər.

Sahibkarlar deyiblər ki, kafenin sökülməsi ilə bağlı merin qəbul etdiyi qərar qanunsuzdur: “Biz həmin ərazini 2026-cı ilədək icarəyə götürmüşük. Merin qərarı nəticəsində 400-dək insan işsiz qalacaq”.

***
13:18

Ermənistan paytaxtı Yerevanda polislə etiraz aksiyasının iştirakçıları arasında toqquşma olub.

Bu məlumatı “Novosti Armeniya” yayıb.

Aksiya iştirakçıları Akademik Opera və Balet Teatrının ərazisində fəaliyyət göstərən kafenin sökülməsinə etirazlarını bildiriblər. Polis güc tətbiq edərək aksiyanı dağıdıb. Bu zaman asayiş keşikçiləri ilə etirazçılar arasında toqquşma olub. Bununla belə kafenin əməkdaşları başqa ərazidə oturaq aksiya təşkil ediblər.

Qeyd edək ki, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk dəfə aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub.(report.az)

AzNews.az