"Hesab edirik ki, həmin bəyanat da məhz Ermənistana ünvanlanmışdı". "Hesab edirik ki, həmin bəyanat da məhz Ermənistana ünvanlanmışdı".

“Həmsədrlərin son bəyanatı məhz Ermənistana ünvanlanıb”

"Hesab edirik ki, həmin bəyanat da məhz Ermənistana ünvanlanmışdı".

"ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatındakı bəzi fikirlər Azərbaycanın da mövqeyini əks etdirir. Hesab edirik ki, həmin bəyanat da məhz Ermənistana ünvanlanmışdı".

Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, bəyanatda danışıqlar üçün hansısa şərtin qoyulması, yaxud da danışıqların formatının dəyişdirilməsi kimi məqamlar və cəhdlərin qəbuledilməz olduğu bildirilib: "Danışıqlar olduğu formatda davam etdirilməlidir. Həmçinin danışıqlar getdiyi zaman nəticələr barədə hansısa aqressiv, ritorika əsasında fikirlərin söylənilməsi də qəbul edilən yanaşma deyil".(report.az)

AzNews.az