“Ermənistan rəhbərliyi danışıqlara hazır deyil". “Ermənistan rəhbərliyi danışıqlara hazır deyil".

Bakı Qarabağda ciddi uğurlar əldə etdi - Şahnazaryandan şok açıqlama

“Ermənistan rəhbərliyi danışıqlara hazır deyil".

Ermənistan hakimiyyəti Qarabağla bağlı danışıqlara hazır deyil.

Bunu “Sputnik Ermənistan”a açıqlamasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan deyib.

Onun sözlərinə görə, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra danışıqlar prosesindəki situasiya ciddi narahatlıqlar yaratmağa başlayıb:

“Ermənistan rəhbərliyi danışıqlara hazır deyil. Ermənistan artıq böyük güzəştlərə gedib, Azərbaycan diplomatiyası isə son 11 ay ərzində ciddi uğurlar əldə edib”.

O, Azərbaycanın ciddi uğurları Ermənistanın “səyləri” nəticəsində əldə etdiyini bildirib. Şahnazaryan Ermənistan baş naziri və xarici işlər nazirinin daimi olaraq ziddiyətli bəyanatlarla çıxış etdiyini söyləyib. Onun fikrincə, məhz Ermənistan rəhbərliyinin sayəsində bu gün Qarabağ məsələsində Azərbaycanla danışıqların hansı formul əsasında aparılacağının bilinmədiyini deyib:

“Konsepsiya yoxdur. Əvvəlki hökumətlər ərazi mübadiləsi əsasında status formulunu dəqiq bəyan edirdilər. Belə ki, söhbət Azərbaycanın tərkibində olmayan müvəqqəti statusdan yox, beynəlxalq aləm tərəfindən tanınan statusdan gedirdi”.