Zakir Həsənovun toplantıda iştirak edən ölkələrdən olan həmkarları ilə görüşləri nəzərdə tutulub. Zakir Həsənovun toplantıda iştirak edən ölkələrdən olan həmkarları ilə görüşləri nəzərdə tutulub.

Zakir Həsənov ABŞ-a gedir

Zakir Həsənovun toplantıda iştirak edən ölkələrdən olan həmkarları ilə görüşləri nəzərdə tutulub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gedəcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində müdafiə naziri Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatlarını yerinə yetirən ölkələrin Müdafiə nazirlərinin Nyu-York şəhərində keçirilən toplantısında iştirak edəcək.

Müdafiə naziri general-polkovnik Z.Həsənovun BMT Baş Katibinin müavini - BMT-də Sülhməramlı Əməliyyatlar Departamentinin rəhbəri cənab Jan Pyer Lakrua və toplantıda iştirak edən digər ölkələrdən olan həmkarları ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi, eləcə də ölkəmizin BMT-nin sülhməramlı əməliyyatlarda iştirakının gələcək perspektivləri müzakirə olunacaq.

AzNews.az