"Ermənistan hələ də bu qərarı yerinə yetirməkdən imtina edir" "Ermənistan hələ də bu qərarı yerinə yetirməkdən imtina edir"

Deputat Avropa Şurasını Ermənistana təzyiq göstərməməkdə ittiham etdi

"Ermənistan hələ də bu qərarı yerinə yetirməkdən imtina edir"

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Avropa Şurasını Ermənistana təzyiq göstərməməkdə ittiham edib.

Azərbaycanlı deputat aprelin 12-də AŞPA-da müzakirələr zamanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının üzv ölkələrdə icra edilməsinin vacibliyini vurğulayıb.

"Ermənistanın keçmiş rəhbərliyi Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını yerinə yetirməkdən imtina etdi. Təəssüf ki, Avropa Şurasının qurumları öz evinə dönə bilməyən məcburi köçkünlərin müraciəti əsasında qəbul edilmiş bu qərarın yerinə yetirilməsi üçün ciddi addımlar atmadı. Eyni zamanda qərarın icrası üçün Ermənistanın sabiq rəhbərliyinə heç bir ciddi təzyiq göstərilmədi. Ermənistanın yeni rəhbərliyinin də bu qərarı yerinə yetirmək üçün heç bir ciddi addım atmaması təəssüf doğurur. Bu məsələ AŞPA-nı ciddi narahat etməlidir. “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarın qəbulundan uzun müddət keçir və onun yerinə yetirilməsi üçün AŞPA, AŞ-nin Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidirlər. Bu məsələlərə yanaşmada ikili standartlar olmamalıdır. Azərbaycanlı məcburi köçkünlər AŞPA-nı bu məsələlərdə daha həssas olmağa çağırır. Onlar sizi eyni zamanda AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində də Ermənistana təzyiq göstərməyə çağırır. Bu qətnamənin qəbulundan on ildən çox zaman keçir, amma Ermənistan hələ də bu qərarı yerinə yetirməkdən imtina edir və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan vermir", - o deyib.

AzNews.az