Bu barədə Viktor Zolotov bildirib. Bu barədə Viktor Zolotov bildirib.

Azərbaycan Rusiya ilə Çinin birgə hərbi təlimlərində müşahidəçi kimi iştirak edəcək

Bu barədə Viktor Zolotov bildirib.

Rusiya Milli Qvardiyası Çinlə keçirəcəkləri hərbi təlimlərə Azərbaycanı müşahidəçi qismində dəvət etmək niyyətindədir.

Bu barədə Rusiya Federal Milli Qvardiya Qoşunları Xidmətinin direktoru, ordu generalı Viktor Zolotov bildirib.

O, cari ilin sonunda keçiriləcəyi nəzərdə tutulan təlimləri müşahidə etmək üçün həmçinin Belarus, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan nümayəndələrini də dəvət etməyi düşündüklərini qeyd edib.

Beynəlxalq əməkdaşlıq məsələlərinə toxunan Rusiya Milli Qvardiyasının rəhbəri ən yaxın əməkdaşlıq əlaqələrinə KTMT, Şanqhai Əməkdaşlıq Təşkilatı, BRİCS-ə üzv və müşahidəçi ölkələri ilə malik olduqlarını, bununla yanaşı, Qırğız Respublikası, Azərbaycan, Tacikistan, Serbiya, CAR kimi ölkələrlə də əməkdaşlığı genişləndirdiklərini diqqətə çatdırıb. (report)

AzNews.az